“Qarabağ”-"Roma"ya qarşı
Tarix: 05-12-2017 | Saat: 14:00
Bölmə:M / Karusel / İdman | çapa göndər
Bu gün Çempionlar Liqasında VI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq.
Ağdam təmsilçisi səfərdə “Roma” ilə görüşəcək. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olacaq. Çünki bu matçın nəticəsi komandamızın mövqeyini dəyişməyəcək.
C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdıracaq. Bu oyun Qurbanovun yetirmələri üçün əhəmiyyət kəsb etməsə də, təmsilçimiz səfərdə sensasiyaya imza atmağa, apenninliləri büdrətməyə iddialıdı. Cəzalı Rəşad Sadıqov və Pedro Enrikenin yoxluğunda Ağdam klubunun gücü xeyli dərəcədə zəifləsə də, beşqat ölkə çempionumuz “canavarlar”ı büdrətmək əzmindədi.
Qarşılaşma “Qarabağ” üçün formal xarakter daşısa da, “Roma” üçün həlledicidi. Çünki 1/8 finala vəsiqə qazanmaq üçün italiyalılar mütləq qələbə qazanmalıdı. Çempionumuz xal əldə etsə, İspaniya “Atletiko”su üçün şans yaranacaq. Madrid klubu “Çelsi”ni səfərdə yenib, “Qarabağ”ın sensasiyasına ümid etməlidi. “Roma” isə xal itirsə, “Çelsi”nin qələbəsindən asılı vəziyyətə düşəcək. Bu üzdən də romalılar meydana yalnız 3 xal üçün çıxacaq.
Qeyd edək ki, “Qarabağ” “Roma” ilə Bakıda keçirilən II turda 1:2 hesabı ilə uduzmuşdu.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
5 dekabr
23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
Xəbəri paylaş
1 1828 dəfə oxunub.
Digər xəbərlər

1 | Çelsi | 5 | 3 | 1 | 1 | 15-7 | 10 |
2 | Roma | 5 | 2 | 2 | 1 | 8-6 | 8 |
3 | Atletiko | 5 | 1 | 3 | 1 | 4-3 | 6 |
4 | Qarabağ | 5 | 0 | 2 | 3 | 2-13 | 2 |
Xəbəri paylaş
Digər xəbərlər
28-03-2022, 12:53
Məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq - Tarix AÇIQLANDI
10-11-2020, 11:54
Prezidentin bu çıxışı internetdə izlənmə rekordu qırır - VİDEO
18-02-2023, 11:00
Evə basqın edən əmi-qardaşoğlu saxlanıldı
16-12-2015, 21:40
Bakıdakı restoranlarda müdhiş Yeni il gecəsiqiymətləri
27-04-2018, 10:47
Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi
4-02-2016, 11:55
TIR yol polisini belə əzdi - VİDEO (18+)
21-07-2021, 11:51
Afaq Aslan hamıdan gizlin biznesmenlə nişanlandı - 7 ölkədə şirkəti olan iş adamının FOTOSU
21-12-2017, 16:53
Samir bu səbəbə görə efirə çıxmırmış - VİDEO
6-10-2017, 19:52
AMEA-nın alimlərinə yeni mənzillər verildi