Bakı Nəqliyyat Agentliyindən XƏBƏRDARLIQ
Tarix: 25-11-2017 | Saat: 11:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərilib. Bu barədə Bakı Nəqliyyat Agenmtliyindən Lent.az-a məlumat verilib. Məlumatda deyilir ki, daşıyıcılar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 141 nömrəli Qərarına və Bakı Nəqliyyat Agentliyinin tələblərinə əsasən müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər. Daşıyıcılara avtobusların daim işlək vəziyyətdə saxlanılması, xüsusilə qış mövsümü nəzərə alınaraq, bir sıra zəruri tədbirlər yerinə yetirmələri tapşırılıb.
Belə ki, sürücülər və təmir-xidmət personalı qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmalı, istehsalat bazalarında qışa hazırlıq işləri görülməli, avtobuslar mövsüm üçün zəruri olan maddi-texniki baza ilə (şinlərin payız-qış mövsümünə uyğun təchiz olunması, akkumlyator batareyası, təkər zəncirləri, alın şüşəsinin silgəcləri, mayesi və digər) həmçinin istilik və qızdırıcı vasitələrlə təmin edilməlidir.
Xəbərdarlıq məktubunda o da qeyd edilib ki, daşıyıcılar sürücüləri mütəmadi olaraq sürüşmə ehtimalı olan yol səthlərində, buzlu döngələrdə, körpü və yol ötrücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri və baş verə biləcək hadisələrin qarşısının alınması üçün öncədən tədbirlərin görülməsi ilə bağlı mütəmadi olaraq məlumatlandırmalı, həmçinin maarifləndirmə işləri aparmalıdır.
Xəbəri paylaş
7188 dəfə oxunub.
Digər xəbərlər

31-03-2016, 23:01
Alimlər nəhəng yeraltı okean tapdılar
20-08-2015, 19:19
Azərbaycanlı səfirin oğlu istintaqa cəlb olundu
23-05-2016, 19:55
Cəbhədə "Qrad" mərmisi tapıldı - Foto
9-01-2016, 14:15
“Ağ çiçəyim”də - YANĞIN
19-09-2016, 20:03
Azərbaycanda “iPhone 7” satışa çıxarıldı - Qiymətlər
31-07-2015, 10:40
Qızlar hipnoz altında elə rəqs etdilər ki... - VİDEO
14-01-2017, 14:14
Nazirdən pensiyalar ilə bağlı AÇIQLAMA - VİDEO
9-11-2015, 15:25
Bakıda bu restorandakı qaydalar müştəriləri şoka saldı - VİDEO
16-12-2019, 07:03
Bakıda sürücü 82 yaşlı qadını vuraraq qaçdı