Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu yazılar reklam hesab edilməyəcək - QANUN DƏYİŞDİ
Tarix: 17-11-2017 | Saat: 12:31
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bu yazılar reklam hesab edilməyəcək - QANUN DƏYİŞDİ
Reklam haqqında qanuna dəyişiklik edilib.
Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O bildirib ki, dəyişiklik açıq məkanda reklama icazə verilməsi üçün prosedurların müəyyənləşdirilməsi və haqqın ödənilməsi ilə bağlı məsələləri əsas tutaraq hazırlanıb.
“Açıq rekalmaların daşınması və yayımına nəzarət üçün Dövlət Reklam Agentliyi Publik Huquqi Şəxs yaradılıb. Bu qurum özünümaliyyələşdirlmə prinsipi əsasında fəaliyyət göstərəcək. Reklam haqqında qanuna edilən dəyişiklikdə açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq. Həmçinin məbləğin ödənilmə qaydası və məbləği də müqavilədə yer alıb”.
Millət vəkili bildirib ki, dəyişiklikdə məlumat lövhəsinin reklam olub-olmadığı da müəyyən ediləcək. Obyektlərin qarşısında onun adını, ünvanını, iş rejimini çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadrat metrdən artıq olmayan lövhələr və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsinə nəzərdə tutulmuş lövhələri (tikinti işləri başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsinə sifarişçi tərəfindən yerləşdirilən məlumat lövhəsi) reklam daşıyıcıları və reklam hesab olunmayacaq. Bununla da hansı məlumatın reklam olub-olmaması ilə bağlı məsələdə qeyri-müəyyənlik aradan qaldırılacaq”.
Qanun layihəsinə edilən dəyişiklik millət vəkilləri tərəfindən müzakirəyə çıxarılıb. Millət vəkili Elmira Süleymanova, Zahid Oruc və Fuad Muradov ölkədə vətənpərvərliklə bağlı sosial reklamlara marağın artırılmasının vacibliyindən danışıblar.
Dövlət qurumları tərəfindən sosial çarxların yayımın əhəmiyyətli olduğu vurğulanıb. Deputatlar müvafiq qurumlar qarşısında sosial çarxların hazırlanması ilə bağlı tələbin qoyulması məsələsinin qoyulmasının vacibliyinə toxunublar.
Spiker Oqtay Əsədov isə bu məqamların Reklam Haqqında qanunda geniş şəkildə əks olunduğunu deyib.
Millət vəkili Azay Quliyev bəzən QHT-lər tərəfindən hazlrlanan sosial çarxların əsasən keyfiyyətsiz olduğunu və telekanalların ona görə yayımdan imtina etdiyini qeyd edib.
Millət vəkili sosial çarxların telekanallarda yayımı üçün QHT-lərlə televiziyalar arasında əvvəldən razılıq əldə edilməsinin çıxış yolu olduğunu vurğulayıb.
Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında məsələyə həm də nəzarət edən tərəf olduğunu deyib: “Bu sosial çarxları siz dəyərləndirirsiniz, pulu da siz verirsiniz. Nəzarət edə bilərsiniz”.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Xəbəri paylaş

7708 dəfə oxunub.

Digər xəbərlər
21-04-2016, 22:54 Lavrov İrəvandadır

bütün xəbərlər
____ Instagram ___