Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bu Şəhərdə"nin Coşqunu vəfat edib? - AÇIQLAMA
Tarix: 14-11-2017 | Saat: 12:02
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes | çapa göndər


"Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.
Xəbəraz.Az azxeber.com-a istinadən xəbər verir ki, C.Rəhimovla bağlı bəzi profillərdə aktyorun vəziyyətinin qəflətən pisləşdiyi və rəhmətə getdiyi yazılıb.
Məlumat qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İddialarla bağlı "Bu Şəhərdə" layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov məlumat paylaşıb. O, bu məlumatın yalan olduğunu və bilərəkdən kimlərinsə konsert ərəfəsində bu cür məlumatlarla işlərinə kölgə salmaq istədiklərini bildirib:
"Kimlərsə və "nələrsə", bizim Coşqunun adından, şöhrətindən, statusundan istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun, özlərinə reytinq və çörək qazanmaq istəyirlər.... və qazanırlar. Biləsiniz - sizin "xəbər"iniz özünüz kimi "odnorazovıy"dır. Dostlar! ALLAHA Şükür Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özü də hal-hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Və Bizim Rafaelnən, onun ailəsi ilə bağlı, şəkilləri paylaşaraq, "sensasiya" yaratmaq istəyənlərin nəzərinə: - Adam erməni olmaz. P.s. Var olsun Bizim Tamaşaçılar!"
Xatırladaq ki, Coşqun Rəhimov bundan öncə də boğazından əməliyyat olunmuşdu. O bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.



Xəbəri paylaş

3 1818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___