Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov Azərbaycan xalqına səsləndi : Gəlin bu gözəl, bu özəl günə yaraşan bir şəkildə bayramı qeyd edək.
Tarix: 09-11-2017 | Saat: 15:11
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Aqil Acalov Azərbaycan xalqına səsləndi : Gəlin bu gözəl, bu özəl günə yaraşan bir şəkildə bayramı qeyd edək. Gəlin hər birimiz eyvanlarımızdan, maşınlarımızdan milli qürurumuz olan üçrəngli bayrağımızı asmaqla şəhərimizin gözəlliyinə gözəllik qataq, bayrağımıza sevgimizi, hörmətimizi göstərək!

Bu gün qürurumuz, milli varlığımız olan üçrəngli bayrağımızın günüdür. Hər bir kəsin önündə diz çökməli olduğu, öpüb gözünün üstünə qoymalı olduğu, şəhidlərimizin cənazələrini sarıb-sarmalayan, üzərinə igidlərimizin qanı hopan müqəddəs bir atributumuzdur bayrağımız. Hər birimiz o bayrağa layiq olmalı, onu qorumalı, onu daim qürurla dalğalandırmaq üçün, ən qiymətli varlığımız kimi əsrlərdən-əsrlərə ötürmək üçün lazım gələrsə, onun uğrunda canımızı fəda etməliyik. Tariximizin, türkçülüyümüzün rəngi var bayrağımızda, hilalımız var bayrağımızda. Gəlin bu gözəl, bu özəl günə yaraşan bir şəkildə bayramı qeyd edək. Gəlin hər birimiz eyvanlarımızdan, maşınlarımızdan milli qürurumuz olan üçrəngli bayrağımızı asmaqla şəhərimizin gözəlliyinə gözəllik qataq, bayrağımıza sevgimizi, hörmətimizi göstərək. Bayrağımızın daim dalğalanması, bayrağımızın daim ucalarda olması arzusu ilə bütün Azərbaycan xalqını Azərbaycan Alpaqut Federasiyasının kollektivi və şəxsim adına ürəkdən təbrik edirəm.Bayramımız mübarək!
Hörmətlə: Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___