Prezident İlham Əliyev: "Azərbaycan Əfqanıstanı dəstəkləyir"
Tarix: 07-11-2017 | Saat: 17:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini deyib.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini xatırladıb. Dövlət başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizin Əfqanıstanı dəstəklədiyini vurğulayan prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, investisiya və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
8048 dəfə oxunub.
Digər xəbərlər

17-03-2017, 13:58
Bakıda şok hadisə: Kişi bir evdə bir-birindən xəbərsiz iki arvad saxladı
14-04-2015, 15:36
ABŞ daha Azərbaycan və Ermənistanı barışdırmayacaq
10-04-2017, 20:47
Xoruldayanların nəzərinə: Yatmazdan əvvəl ... - 5 ÜSUL
16-08-2020, 18:14
Tramp seçkidən əvvəl Putinlə görüşmək istəyir
6-11-2017, 13:56
Temperatur 6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ
1-05-2023, 11:12
Bakıda dəhşətli avtomobil qəzası: 3 nəfər yanaraq öldü - VİDEO
18-10-2022, 09:52
Azərbaycanda ŞOK OLAY : Ölü dirildi
22-11-2015, 13:30
Gündüz uşaqların, gecə mavilərin parkı — FOTOLAR
8-10-2020, 13:17
Ərdoğan: Bu, ermənilərin çarəsizliyidir
10-10-2021, 11:43
“Modern Hospital”da ölənlərin sayı niyə artır ?- Hospitalın real gəliri və ödədiyi vergi nə qədərdir ?