Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş anım təbiri keçirilib
Tarix: 07-11-2017 | Saat: 09:32
Bölmə:M / Filmlər / Gündəm / Foto-fakt | çapa göndər


Xəbəraz.Az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihə əsasında 3 noyabr 2017-ci il tarixində Yevlax şəhərində daha bir tədbir keçirildi.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr şöbəsinin müdri, 23 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru Həqiqət xanım Şükürova tədbiri açaraq bildirdi ki, Son illərdə Ölkəmizin dünyada bütün istiqamətlərdə artan nüfuzu və dövlətimizin güclənməsi, xüsusən ordu quruculuğunda aparılan işlər torpaqlarımızın 20 faizini işğal altında saxlayan düşmənlərimizi narahat etmiş və onlarda işğal etdikləri torpaqları itirmə qorxusu yaranmışdır. Bu qorxunu dəf etmək məqsədilə düşmən tərəfi cəbhəboyu müxtəlif təxribatlara əl atır ki, bunun da qarşısı igid oğullarımız tərəfindən ləyaqətlə alınır. Düşmənlə aparılan mübarizədə bu gün də qəhrəman oğullarımız şəhid olur. Onların bu gün göstərdikləri qəhrəmanlıqlar dillərdə əfsanəyə çevrilir, o insanlar gənclərimizin idealına çevrilir. Biizm həyata keçirdiyimiz layihə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş kəlbəcərli vətən övladlarının qısa həyat və cəsarətli döyüş yolunu öyrənmək və hər biri haqqında yazılacaq oçerklə onları cəmiyyətmizə, gənc nəslə daha yaxından tanıtmaq missiyasını üzərinə götürüb. Layihə çərçivəsində hər bir şəhid haqda oçerkdən və şəkildən ibarət kitab nəşr ediləcək, kitab kitabxanalara, məktəblərə paylanacaq və şəhid ailələrinin üzvlərinin iştirakı ilə ictimaiyyətə təqdim ediləcəkdir. Bu gün Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə də, hazırda da şəhid ailələri dövlətin himayəsindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Düşünürük ki, layihə çərçivəsində biz belə bir kitabı ərsəyə gətirə bilərik. Bunun üçün bütün şəhid ailələrini ziyarət etmək, onlardan şəkillər və məlumatlar toplamaq imkanımız vardır. Bu səbəbdən biz belə bir layihəni həyata keçirməklə qəhrəman oğul və qızlarımızın adını əbədiləşdirmək, onların qəhrəmanlıqlarla dolu həyat yolunu gələcək nəsillərimizin tərbiyəsində istifadə edilə biləcək bir vasitəyə çevirə bilərik. Qeyd edilən problemin həlli təkcə şəhidlərimizin adını bir daha əbədiləşdirməyə, onları cəmiyyətə yenidən təqdim etməyə xidmət etmir, layihə həmçinin Prezident İlham Əliyevin bütün tezislərində vacib bildiyi gəclərimizin milli, vətənpərvər ruhda böyüməsinə xidmət edəcəkdir.
30 saylı Kəlbəcər rayon orta məktəbin direktoru Zahid Kazımov bildirdi ki, Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman başlıca prioritetlərdən hesab edilib. Bunun üçünsə ilk növbədə məktəblərdə işin aparılmasına diqqət yetirilib.
Kəlbəcər rayon 85 saylı orta məktəbin direktoru Xəqanı Verdiyev, 49 saylı orta məktəbin direktoru Dilarə Mamedova və başqalrı cıxış edərək torpaqlarımıızn azadlığı və bütövlüyü uğurunda şəhid olmuş Kəlbəcərin qəhrəman oğlanlarının mənalı həyat və döyüş yolundan danışıblar. Qeyd edilib ki, gənc yaşlarında əbədiyyətə qovuşan bu insanlar təkcə böyüyüb boya-başa çatdıqları ailədə, məhəllədə, kənddə, rayonda deyil, bütün Azərbaycanda hər kəs üçün əziz olan unudulmaz qəhrəmanlardır.
Daha sonra tədbirdə məktəblilərin ifasında şəhidlərə həsr edilən kompozisiya göstərildi və şeirlər səsləndirilib.



Xəbəri paylaş

1 4188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___