Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün tarix yazılır: Bakıdan Türkiyəyə qatar gedir
Tarix: 30-10-2017 | Saat: 09:56
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər


Bu gün - oktyabrın 30-da Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu xətti işə salınacaq.Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.

Bakı-Tbilisi-Qars layihəsi Türkiyənin Marmaray layihəsi ilə birlikdə Avropanı Asiya ilə birləşdirən dəmiryolu dəhlizini əmələ gətirəcək. Bu,  regionda ən böyük nəqliyyat layihələrindən biridir.


Bakı-Tbilisi-qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında olan saziş əsasında qurulub. BTQ dəhlizi üzrə yük daşımalarının maksimum həcmi ildə 17 milyon ton səviyyəsində proqnozlaşdırılır. İlkin mərhələdə bu göstərici 6,5 milyon ton yük olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaq.


Bu layihə reallaşdırılandan sonra yüklər Londondan maneəsiz şəkildə Pekinə  göndərilə biləcək. Aktau və Türkmənbaşı limanları vasitəsilə yükləri Çinə, Hindistana, Pakistana, Əfqanıstana çatdırmaq mümkün olacaq.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, layihənin reallaşması daha çox Azərbaycan prezidenti İlham Əliyevin siyasi gücü və iradəsilə reallaşır:


“Avrasiya məkanında dünyanın 2 iqtisadi güc mərkəzi yerləşir: Qərbdə Avropa Birliyi, Şərqdə isə Çin. Bu iki nəhəng iqtisadi mərkəz arasında olan ticarət əlaqləri, yük daşımaları hər il genişlənir. Hazırda Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 mlrd dolları keçir. İki güc mərkəzi arasında yük daşımalarının həcmi illik 100 milyon tondan çoxdur. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu ilə daşınır. Şimal dəmir yolu marşurutu əsasən siyasi cəhətdən Avopa Birliyi ölkələri ilə sabit münasibətəri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşurutu ilə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Məhz bu konteksdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranıb. Məhz 2007-ci ildə prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı.
Qeyd etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Hətta bu layihənin bəzi hissələri də hazır idi. Ancaq Azərbaycan dövlətinin gücü, prezidentinin nüfuzu və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu. Bir neçə gündən sonra istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Ümumilikdə dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. BTQ layihəsi qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq”.


Komitə üzvünün sözlərinə görə, Bakı-Tibilisi-Qars dəmir yolu böyük iqtisadi fayda verəcək:


“Hazırda Qazaxstan Respublikası Aktau limanın yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanın da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır. HazırdaTürkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 mlrd dollardır. İlkin hesablamalara görə BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 mlrd dollara çatacaq. Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq. Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək. Xatırlamaq lazımdır ki, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır. Bu Şimal-Cənub beynəlxalq dəmir yolu layihəsidir ki, onun Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaq”.



BTQ layihəsinin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb.(modern.az)
 


Xəbəri paylaş

9928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___