Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SURAXANI SU-KANAL İDARƏSİ - NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİR..
Tarix: 26-10-2017 | Saat: 13:09
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Paytaxt Bakının 63 mindən çox abonentini özündə birləşdirən Suraxanı Su-Kanal İdarəsi, cari ilin 9 ayı ərzində yüksək nəticələrlə yadda qaldı. Onu da bir daha xüsusilə qeyd edək ki, Suraxanı rayonu - Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Günəşli, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və Dədəqorqud yaşayış sahələrindən ibarətdir. Ümumi əhali sayı 215min nəfərdən çox olan bu inzibati rayonun da içməli su ilə tam təmin olunması ilk baxışdan heç də asan görünmür desək, yanılmarıq. "Bakı və onun ətraf kənd və qəsəbələrinin sosial inkişafı" Dövlət proqramına müvafiq olaraq bu inzibati rayonda da son illər xeyli işlər görülmüşdür ki, bunların sırasında Suraxanı Su kanal idarəsinin xidməti xüsusi bir yer tutur. Belə ki, adıçəkilən qəsəbə və yaşayış sahələrində, park və xiyabanların , o cümlədən, Yaşıllıq zolaqlarının salınması bilavasitə vaxtlı-vaxtında su ilə lazımınca təmin olunmanı mütləq zərurətə çevirir.Elə bu zərurətdən irəki gələrək günü-gündən gözəlləşən füsunkar Bakımızın təbiətinə və görünüşünə rəng qatan yaşıllıq zolaqlarının müasir formada təşkili,bir daha su ilə təminetməni həyata keçirən bir qurumu, Su kanal idarəsinin analoqsuz xidmətini ortaya çıxarmış olur. Hələ Sovetlər dönəmindən qalan çoxmənzilli yaşayış binalarının zirzəmi hissəsindəki müxtəlif diametrli su və kanalizasiya xətləri , eləcə də siyirtmələr və borular artıq neçə illər idi ki, yararsız olduğundan xeyli müddət bu vəziyyətdən irəli gələrək əhaliyə verilməli olan içməli suyun ötürülməsində ciddi problemlər yaşanmışdır.Məhz bu cür vəziyyət, bu sahədə yüksək ixtisas dərəcəsinə malik kadrların işə cəlb olunmasını zərurətə çevirdi. Belə ki, çoxillik peşəkar əmək təcrübəsini özündə birləşdirən mühəndis-texniki heyətə başçılıq edən Suraxanı Su kanal idarəsinin Baş mühəndisi( hal-hazırda isə bu vəzifə, rəis müavini ilə əvəz olumuş) yaranmış çətin vəziyyətin öhdəsindən layiqincə gəldi. Belə ki, rayon Su kanal idarəsinin rəisi Ehtibar müəllimin rəhbərliyi altında Mehman müəllim və onun tabeliyində olan bir qrup texniki personalın iştirakı ilə müəyyən zaman aralığında Suraxanı rayonunun bir sıra qəsəbələrindəki yaşayış binalarının bir sıra şəbəkə su xətlərinin və siyirtmələrini lazımi təzyiqlərə sınaq yoxlamaları ilə köhnələri yeniləri ilə əvəzlənərək, rayon əhalisinin keyfiyyətli içməli suya olan tələbatı 24 saat fasiləsiz olraq tam təmin edilmişdir. Fərdi yaşayış evlərinə isə media araşdırması zamanı bizə məlum oldu ki, təşkil olunmuş şəbəkə su xətlərində abonentlər kifayət qədər içməli suya olan tələbatdan lazımınca yararlana bilirlər. Məlum və naməlum səbəblərdən yaranmış qısamüddətli fasilələr zamanı da abonentlər , "Azərsu "ASC tərəfindən Suraxanı Su kanal idarəsində təşkil olunmuş ehtiyat su avtomaşınları vasitəsilə tam təmin olunmuşlar. Hava durumunun əlverişsiz şəraitlərində belə Suraxanı Su kanal idarəsinin bütün təmir və qəza personalının gücləndirilmiş şəraitdə fəaliyyət göstərməsini təqfirəlayiq hesab etmək olar. Yollarda və yaşayış massivlərində yağan güclü yağışın törətdiyi fəsadları müxtəlif müvafiq texnikaların və nasosların köməyilə aradan qaldırılmasının dəfələrlə şahidi olduq. Təqvim üzrə olan bayram, başqa sözlə qeyri-iş günlərində də Azərsu ASC-nin Suraxanı Su Kanal İdarəsinin bu cür iş şəraitində davamlı fəaliyyət göstərməsini əsl fədakarlıq və əzmkarlıq, ən əsası da bir xidmət nümunəsi kimi qələmə almağı , Xəbəraz.Az İnformasiya Agentliyi olaraq özümüzə borc hesab elədik. İnanırıq ki, əhalinin içməli suya olan tələbatının tam olaraq ödənilməsində Suraxanı Su Kanal idarəsi bundan sonra da uğurlu fəaliyyətini davam etdirərək bir xidmət nümunəsi olaraq qalacaqdır!


Xəbəri paylaş

3 9188 dəfə oxunub.

Digər xəbərlər
22-08-2015, 18:07 Tovuzda şəlalə tapıldı

bütün xəbərlər
____ Instagram ___