Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Qurbanlı: “Dini ekstremistlərə qarşı keçirilən əməliyyatlar onları maliyyələşdirənləri ayıltmalıdır”
Tarix: 26-10-2017 | Saat: 11:33
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



“Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”.
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlının fikrincə, həmin dairələr başa düşməlidir ki, hüquq-mühafizə orqanları Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi üçün, ictimai-siyasi sabitliyin qorunması üçün hər zaman hazırdır: “Bu cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əskik etməyəcək. Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib. O şəxslər ki, Azərbaycanda terror törətmək, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, onlara qarşı qətiyyətli olmalıyıq. Onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”. 
 
Qeyd edək ki, DTX-nın oktyabrın 25-də Xırdalan şəhərində keçirdiyi əməliyyatla Bakıda terror aktı törətməyə hazırlaşan dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş 3 nəfər məhv edilib. 



Xəbəri paylaş

4898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___