Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: “Özünüzdən muğayat olun, gələ bilməyəcəm” - FOTO
Tarix: 18-10-2017, 13:47 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər


2016-cı ilin aprel döyüşlərində şəhid olmuş leytenant Qabil Orucəliyev...
Zabit döyüşlərin qızğın vaxtı itkin düşmüş hərbçilərimizin siyahısında idi. Ondan bir neçə gün xəbər almaq mümkün olmamışdı. Nəhayət ermənilərin internetdə paylaşdıqları şəkilləri görən ailəsi Qabili tanımışdı. O, şəhid olaraq ermənilərin nəzarətində olan ərazidə qalmışdı...

Aprelin 10-da beynəlxalq təşkilatların vasitəçiliyi ilə şəhidimizin nəşi ermənilərdən alındı, bir gün sonra isə dəfn olundu...
Ölümündən 4 gün əvvəl oğlu dünyaya gəlmişdi, amma üzünü görməmişdi... Məzuniyyətə gəlməliydi, oğlunu görmək üçün... Heç uşağa ad da qoymamışdılar... Qabili gözləyirdilər... Amma aprel döyüşləri Qabilin məzuniyyət almağına imkan vermədi... Şəhid oldu... Özünün adını oğluna verdilər - Qabil Qabil oğlu Orucəliyev...


“Qabil 10 ay olardı ki ailə həyatı qurmuşdu. 2016-cı ilin 29 martında övladı dünyaya gəlmişdi. Amma Qabil övladınınüzünü heç vaxt görə bilmədi”. 


Bunu  açıqlamasında 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan leytenant Qabil Orucəliyevin anası Nuriyyə Orucəliyeva deyib. 


Nuriyyə xanım deyir ki, nəvəsi çətinliklə dünyaya gəlib.


“Ona görə də Qabilin mümkün qədər evə tez gəlməsini xahiş etdik. Qabil isə evə gəlməsinin qeyri-mümkün olduğunu bildirdi. "İşi qoyub gələ bilmərəm. Əgər məzuniyyət götürə bilsəm, gələcəm”-dedi. Evə gəlməyə heç tələsmirdi. İşinə çox bağlı idi. Axırıncı dəfə aprelin 1-də telefon danışığımız olmuşdu. Yoldaşı da həmin vaxt xəstəxanada idi. Elə aprelin 1-i o da axşam 12-yə 10 dəqiqə qalanda danışmışdı. Qabilin sonuncu sözü o olmuşdu ki, özünüzdən muğayat olun. Amma bizə müharibə haqqında heç nə demədi”. 


Qabil Orucəliyevin anası oğlunun şəhid xəbərini gec aldıqlarını bildirib.


“Əslində Qabil aprelin 1-dən 2-nə keçən gecə səhər üzü saat 5-də şəhid olmuşdu. Nə vaxt əlaqə saxlamağa çalışırdıqsa, döyüş yoldaşları gah yaralı olduğunu, gah danışmaq imkanının olmadığını deyirdilər. Amma yoldaşı və mən aprelin 10-da bildik ki Qabil şəhid olub. Tərtərdə qulluq edirdi”. 


Nuriyyə Orucəliyeva deyir ki, nəvəsi Qabilin sanki əkiz tayıdır.


“Nəvəm Qabil 1 yaş 8 aylıqdır. Elə bilirəm ki, Qabil ölməyib, hələ balacadır, evdə gəzir. Nəvəm oğlumun sanki əkiz tayıdır. Hətta Qabilin bir çox xüsusiyyətlərini nəvəmdə görürəm. Qabilin atasız böyüməsinə çox üzülürəm. Digər oğlum uşağı ilə evə gələndə nəvəm Qabil onu atasına qısqanır. Uşağın  atasına yaxın getməsinə imkan vermir. Uşağı kənara itələyir ki, əmisi bunu qucağına alsın. Əmisini atası hesab edir. Ümid edirəm ki, nəvəm də atası kimi qoçaq olacaq. Allah onun xoş günlərini görməyi mənə nəsib etsin”.


Leytenant Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub.
Aprelin 11-də Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salınıb. 
Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 

Qabil Orucəliyev ailəli idi, şəhid olmazdan 4 gün əvvəl, 29 mart günündə oğul övladı dünyaya gəldi. Üzünü görə bilmədiyi oğluna atasının adı qoyuldu,  - Qabil Qabil oğlu Orucəliyev.
(modern.az)


6588 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___