Vüqar Bayramov: Dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir
Tarix: 17-10-2017 | Saat: 16:07
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
"Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən, əslində, ötən ay valyuta bazarı üçün sakit oldu. Dollara tələbin azalması gözlənilən idi".
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O deyib ki, avqustda idxalın artması səbəbindən dollara tələb yüksəlsə də, sentyabrda tələbin azalması gözlənilən idi: "Çünki idxalçılar, adətən, böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib".
V.Bayramov qeyd edib ki, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir: "Bu, idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də, xarici səfərlərin sayının artması ilə əlaqədardır. Dekabr manatın məzənnəsi üçün vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Xəbəri paylaş
7568 dəfə oxunub.
Digər xəbərlər

28-03-2015, 13:23
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman Rus dilində-1- ci hissə
25-09-2015, 01:04
Yəməndə bayram namazı zamanı partlayış: 29 nəfər ölüb
13-11-2015, 14:17
İki başlı qız doğuldu - FOTO
6-05-2016, 23:15
Azərbaycan-Aİ biznes forumu keçiriləcək
28-08-2015, 00:51
Özbəkistan da anti-İŞİD koalisiyasına dəvət edildi
17-12-2016, 12:18
Yuyucu tozun içərisindən mobil telefonlar çıxdı - FOTO
15-04-2017, 11:15
Bakı-Qazax yolunda 30 km-ə 10 radar - VİDEO
8-06-2018, 20:19
Bu da Dilarənin qarət edilən avtomobili - Fotolar