İlham Əliyev İsmayillı və Şamaxıya 6,5 milyon manat ayırdı
Tarix: 05-10-2017 | Saat: 20:27
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamla İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Prezident İlham Əliyev bundan başqa Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncamla Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

10-10-2023, 09:27
Goranboyda evə basqın - Yaşlı ər-arvad xəstəxanalıq oldu
25-10-2019, 03:22
Müəllimə mini yubka qadağasına görə işdən çıxdı
30-06-2019, 21:13
1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqləndi
29-03-2015, 23:19
Cəbhədə daha bir ermeni öldürüldü.
24-04-2021, 03:21
“Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək” - SENSASİYA!
31-01-2017, 13:06
Banan qabıqlarını əsla ATMAYIN!
8-04-2017, 00:06
Bakı metrosunun iş qrafiki artırılacaq
29-11-2016, 20:59
Qadın sərnişin özünü təyyarədən yerə atdı
25-11-2016, 23:21
Azərbaycana nə qədər siqaret qanunsuz yolla gətirilir?
2-05-2018, 18:14
1-ci sinif şagirdini döyən müəllim işdən çıxarıldı