Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputatdan rayon maşını etirazı: "Parking yerləri ucuz və rahat olmalıdır"
Tarix: 30-06-2015 | Saat: 16:06
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

Deputatdan rayon maşını etirazı: "Parking yerləri ucuz və rahat olmalıdır"
"İndi on minlərlə insanın vəziyyəti necə olacaq?"
Millət vəkili Fazil Mustafa rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlərin qüvvədə qalmasını sərt tənqid edib.

Xeberaz.az xəbər verir ki,ANS PRESS-in məlumatına görə, Fazil Mustafa bu barədə öz “Facebook” səhifəsində yazıb.

Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlandığını qeyd edən Fazil Mustafa tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək məhdudiyyətlərin qüvvədə qalmasına toxunub.

“Bu, əlbəttə, Bakıda daimi qeydiyyatda olan əhali üçün cəlbedici yanaşmadır. Ancaq nəzərə almalıyıq ki, ölkənin bütün infrastrukturu Bakı ilə bağlıdır və təəssüf ki, vaxtında bu şəhərin məskunlaşma yükünü azalda bilmədik. İndi rayonda yaşayan və çörəkpulu Bakıdakı işindən, çalışmasından çıxan on minlərlə insanın vəziyyəti necə olacaq? Hamımız tıxac probleminin həllinin tərəfdarıyıq, ancaq bunu vətəndaşın əziyyəti hesabına etməzlər ki?!...”, - deyə millət vəkili vurğulayır.

Millət vəkili məhdudiyyətlərin qüvvədə qalmasının insan haqları baxımından doğru sayılmadığını bildirib: “Nəqliyyatın İntellektual İdarəetməsi mexanizmində nəhayət ki, intellekt işə salınmalıdır. Yollarda təhlükəsiz velsiped zolaqları açılmalıdır və bu nəqliyyat vasitəsindən istifadə üçün vətəndaş təşviq olunmalıdır. Metrodan başqa heç bir ictimai nəqliyyatın ayrıca hərəkət zolağı olmadığına görə, tıxaclar qaçınılmaz olur. Bu barədə düşünülməlidir. Parking yerləri ucuz və rahat olmalıdır ki, adamlar maşınların burada rahatlıqla saxlayıb tıxac yaratmasınlar”.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___