Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat Fəzail Ağamalının oğlu maşınla adam vurub? -YENİLƏNİB
Tarix: 03-10-2017 | Saat: 11:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


 
Ana Vətən Partiyasının mətbuat katibi Tünzalə İsmayılova  açıqlamasında bildirib ki, F. Ağamalının oğlunun maşınla adam vurması xəbəri yanlışdır: "Fəzail Ağamlının oğlu Yalçın Ağamalı 15 gündür Azərbaycanda yoxdur. Onun övladı Türkiyə universitetlərindən birinə daxil olub. Y. Ağamalı 15 gündür övladının yerləşdirilməsi üçün Türkiyədədir".
 
Qeyd edək ki, F.Ağamalının oğlunun maşınla adam vurduğu barədə xəbəri "REPORT" İnformasiya Agentliyi yayıb. 
***
 
09:48
 
Millət vəkili Fəzail Ağamalının oğlu 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlunun idarə etdiyi "Jeep" markalı avtomobillə Nəsimi rayonunda vurduğu 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlununun həyatına təhlükə yoxdur. Bu barədə 18 yaşlı oğlanın yerləşdirildiyi 1 saylı şəhər xəstəxanasından bildirilib. Xəstəxanadan verilən məlumata görə, Q.Nurullayev müxtəlif sıyrıqlarla və burun sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya gətirilib və bu gün evə buraxılacaq.
 
Qeyd edək ki, yaralı sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.
 
 
***
 
 
09:10
 
 
Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
 
Xəbəraz.Az-ın Report-a istinadən xəbərinə görə, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
 
 
Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
 
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.
 
 
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.





Xəbəri paylaş

1 0528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___