Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini qabaqcadan öyrənə bilirlər.
Tarix: 30-06-2015 | Saat: 15:21
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

Çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini qabaqcadan öyrənə bilirlər.


Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikası vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək.

Xeberaz.az xəbər verir ki, söhbət 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşlarından gedir.

Qeyd edək ki, artıq çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini qabaqcadan öyrənə bilirlər. Onlar bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına (http://exidmet.seferberlik.gov.az/Registration/Military) baxmaqla hərbi xidmətə hansı qoşun növündə və hərbi hissədə xidmət edəcəklərini müəyyənləşdirirlər. Bunun üçün yalnız şəxsi məlumatları - ad, soyad, doğum tarixi və qeydiyyatda olduğu rayonu göstərmək kifayətdir.

Sayt Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətə başlayacaq şəxslərə yalnız xidmət edəcəkləri hərbi birləşmənin nömrəsini təqdim edir.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
30-04-2018, 10:36 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___