Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
TÜİB və ATİB-in nümayəndə heyəti Azərbaycanın ən iri texnologiyalar parkında olub
Tarix: 28-09-2017, 14:07 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər








“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) və “Azərbaycan Türkiyə İş Adamları Birliyi” (ATİB) təşkilatlarının üzvlərindən ibarət nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.
 
"Xəbəraz.az" xəbər verir ki, Əvvəlcə qonaqlara STP haqqında ümumi məlumat verilib. Nümayəndə heyətinin istehsal prosesi ilə yaxından tanış olması üçün müəssisələrə ekskursiya təşkil edilib. İstehsal müəssisələrinin arasında Kabel zavodu, Polimer məmulatlar zavodu, Qaynar Sinkləmə zavodu və Ağır Maşınqayırma zavodu qonaqların xüsusi marağına səbəb olub. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib, bildirilib ki, istehsal imkanlarına görə STP nəinki Azərbaycanda, hətta MDB regionunda qabaqcıl şirkətlərdən biridir. Belə ki, STP-nin istehsal etdiyi bəzi xüsusi məhsullar vardır ki, onların istehsalı dünyada çox az ölkədə təşkil olunmuşdur. İstehsal sahələrinin ekskursiyası zamanı qonaqları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında hazırda 13 zavod və 25-dən artıq istehsal sahəsi fəaliyyət göstərir. Yaradılmış istehsal sahələri və istehsal edilən məhsullar Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını nümayiş etdirir və gələcək inkişafı üçün böyük imkanlar yaradır.
 
Daha sonra STP-nin baş direktorunun birinci müavini Kamran Abbasovun iştirakı ilə geniş tərkibli görüş keçirilib. Təşkilatlara üzv şirkətlərlə gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı məsələləri müzakirə olunub. Qonaqlar STP-nin istehsal gücünün onlarda böyük maraq oyatdığını, xüsusən xarici bazarlara çıxış üçün böyük imkanların olduğunu vurğulayıblar. 
 
Baş direktorun birinci müavini çıxışı zamanı STP ilə təşkilatlara üzv şirkətlər arasında əməkdaşlıq əlaqələrin qurulmasından və daha da genişləndirilməsindən yana olduqlarını qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır.


 

3448 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___