Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bu alimlərin adı güllərə verilib - Siyahı
Tarix: 17-09-2017 | Saat: 09:30
Bölmə:M / Karusel / Maraqlı | çapa göndər

Azərbaycanda bu alimlərin adı güllərə verilib
Azərbaycanda Lütfi Zadənin adını daşıyan gül sortu yetişdirilib. Bu gün bu xəbər mətbuat tərəfindən də müsbət qarşılandı və tirajlandı.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru, ölkədə qızılgüllərin seleksiyası və intraduksiyası (iqlimə uyğunlaşdırılması) ilə məşğul olan yeganə alim Asəf İsgəndərov bu yaxınlarda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün əvvəlki güllərdən tamamilə fərqlənən 12 yeni sortunu yaratmağa nail olub.
Kifayət qədər təqdirəlayiq hadisədir. Amma böyük alim Lütfi Zadə bu siyahıda yeganə alim deyil. Təbii ki, dünyada da bu silsilədən olan alimlər var.
İki il bundan əvvəl – AMEA-nın 70 illiyi ilə bağlı yuxarıda adını çəkdiyimiz alim Asif İsgəndərov qurumun 4 akademikinin adını özlərinin kəşfi olan gül sortlarına verdiklərini bildirib.
 
Yeni güllər “Akademik Akif Əlizadə”, “Akademik Cəlal Əliyev”, “Akademik Əhliman Əmiraslanov”, “Akademik Tofiq Hacıyev” adlanır. Zadədən əvvəl adıçəkilən bu 4 elm xadiminin də adı güllərə verilib. O zaman alim mətbuata açıqlamasında alimlərin adlarını daşıdığı gül növlərnini ən azı 5-6 ilə əmələ gəldiyini qeyd edib.
 
Yaxın zamanlarda həmin sortlar da daxil olmaqla, ümumilikdə 21 yeni qızılgül sortu üçün müəlliflik şəhadətnaməsi almaqdan ötrü Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına müraciət ediləcək.
 
4 akademikin adını daşıyan gül AMEA-nın 70 illiyi ilə bağlı qızılgüllərlə əlaqədar yeni hazırlanan kataloqa da daxil edilib. Kataloqa kompleks bioloji və təsərrüfat ədəmiyyətli göstəricilərinə görə fərqlənən 167 sayda qızılgül növ və sortu daxil edilib. Azərbaycanda adıçəkilən institut başqa gül sortları da icad edib ki, onlara bir sıra maraqlı adlar veriblər. Həmin adlardan bəziləri bunlardı: “Aysel”, “Emin”, “28 May”, “Xumar xanım”, “Leyla”, “Nigar”, ”Abşeron kapriççiosu” və “Qədim Gəncə” adlanır.


Xəbəri paylaş

6708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___