Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident Bakı-2015-in könüllülərindən danışdı
Tarix: 29-06-2015 | Saat: 23:44
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Prezident Bakı-2015-in könüllülərindən danışdı
"Xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm"
"Birinci Avropa Oyunları tarixdə həm də ona görə qalacaq ki, bu Oyunlar ən yüksək dünya səviyyəsində keçirilmişdir".

ANS PRESS-in məlumatına görə, bu sözləri iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə prezident İlham əliyev bildirib.

Prezident qeyd edib ki, oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxt var idi: "Təsəvvür etmək çətin deyil ki, biz nə qədər gərgin iş gördük. Gərgin şəraitdə, vaxt azlığı. Əlbəttə ki, bu böyük məsuliyyət bizim üzərimizdə idi. Avropa Oyunlarının standartları o vaxt mövcud deyildi. Əslində, Oyunların standartlarını biz birlikdə Azərbaycanda yaratdıq və bu, ən yüksək standartlardır”.

Dövlət başçısının sözlərinə görə, məşəlin alovlandırılması mərasimi də çox yaddaqalan oldu: “Mən bir daha Avropa Olimpiya Komitələrinin prezidenti cənab Hikkiyə minnətdaram ki, onun və Avropa Olimpiya Komitələrinin qərarı ilə gələcək Oyunların məşəli məhz Azərbaycanda, Bakıda Atəşgah məbədində yandırılacaqdır.

Oyunların hazırlanmasında Beynəlxalq Əməliyyat Komitəsinin - BEGOC-un rolunu yüksək qiymətləndirirəm. Orada işləyən peşəkar insanlar əlbəttə ki, öz təcrübələrini, biliklərini Azərbaycana gətirmişlər, bizimlə bölüşmüşlər. Onlarsız bu Oyunları bu səviyyədə keçirmək mümkün olmayacaqdı.

Bilirəm ki, onlar da bu aylar, illər ərzində Azərbaycanı ürəkdən sevmişlər. Azərbaycanın bütün imkanlarını, xalqın əhval-ruhiyyəsini və ölkəmizdə gedən müsbət prosesləri görərək onlar bizim xalqımıza, dövlətimizə çox bağlı oldular. Əminəm ki, bu xatirələr onların qəlbindən heç vaxt silinməyəcək. Çünki onların həyatlarının bir hissəsi Azərbaycanda keçibdir. Əminəm ki, biz gələcəkdə də onlarla tez-tez görüşəcəyik”.

İlham Əliyev könüllülərin fəaliyyətini xüsusilə qeyd edib: “Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər.

Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı”.

Dövlət başçısı daha sonra deyib: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, - baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, - nədir bunun sirri?

Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır.

Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik – məhz budur bizim uğurlarımızın əsas şərtləri”.


Xəbəri paylaş

7878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___