Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev düşmənlərə gözdağı verdi
Tarix: 29-06-2015 | Saat: 23:38
Bölmə:M / Karusel / Siyasət / M2 / Reportaj | çapa göndər

İlham Əliyev düşmənlərə gözdağı verdi
"Bizi istəməyən qüvvələr bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir"
Birinci Avropa Oyunları imkan verdi ki, Azərbaycan özünü göstərsin. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçiriblər.

ANS PRESS-in məlumatına görə. bunu birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə deyib.

Prezident bildirib ki, İnkişaf etmiş ölkələr də özlərini göstərmək istəyiblər. Yəni, burada heç bir qəbahət yoxdur: "Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik.

İdmançıların uğurlarına qayıdarkən bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki onların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı. Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun.

Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün zirvədədir: “Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq”.

İlham Əliyev vurğulayıb ki, idman hər bir ölkənin ümumi inkişafını göstərir: “Əgər idmanda böyük nəticələri əldə edən ölkələrin siyahısına baxsanız,- bu Oyunlar da bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir hallarda böyük idman nəticələri olur.

İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.

Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram”.



4928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___