Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya Ermənistana 200 milyonu niyə ayırdı? (VİDEO)
Tarix: 29-06-2015 | Saat: 23:13
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz TV | çapa göndər

Rusiya Ermənistana 200 milyonu niyə ayırdı? (VİDEO)
İrəvanın mərkəzində Marşal Baqramyan prospektində etirazlar davam edir.
İrəvanın mərkəzində Marşal Baqramyan prospektində etirazlar davam edir. Serj Sarkisyanın elektrik enerjisinin qiymətinin artmasının əhaliyə aidiyyatı olmayacağını bəyan etsə də, insanlar qurduqları barrikadaların arxasından çıxmaq istəmirlər.

Aksiya iştirakçıları polisə bu barrikadaların özəyini təşkil edən zibil qutularını götürməyə imkan verməyiblər.

Aksiya iştirakçıları Serj Sarkisyanın elektrik enerjisinin qiymətinin artırılması nəticəsində əmələ gələn fərqin dövlət büdcəsindən ödənilməsi barədə qərarını da xalqın cibinə girmək kimi qəbul edirlər.

Aksiya iştirakçıları büdcə bizim sadə vergi ödəyicilərinin pulu hesabına formalaşır, “Sarkisyan talana son qoymalıdır” kimi şüarlar səsləndiriblər.

İrəvan küçələrində elektrik enerjisinin qiymətinin artırılması barədə qərarın ləğvini tələb edirlər. Ermənistanın enerji sistemləri isə Rusiyaya məxsusdur və Serj Sarkisyan qiymətin qaldırılmayacağı halda enerji şəbəkəsinin iflasa uğrayacağını bəyan edir.

Ekspertlər isə hesab edirlər ki, bəzilərinin Maydan hərəkatına bənzətdiyi bu etiraz aksiyalarının bir sıra pərdəarxası məqamları var. Bunlardan birincisi, aksiyanın konkret anti-Rusiya meyilli olmasıdır ki, Serj Sarkisyan xalqın narazılığını və bundan doğan təhlükələri Moskvaya göstərməklə Rusiyadan müəyyən güzəştlər almağa çalışır. Belə vəziyyətdə Moskva sadə dillə desək Ermənistanın könlünü almağa məcburdur.

Politoloq Rasim Musabəyovun sözlərinə görə, bu hadisələr fonunda anti-Rusiya meylləri güclənir: "Birinci növbədə ona görə ki, bu hakimiyyəti ayaqda saxlayan elə Rusiyadır. Permyakovu da Ermənistan məhkəməsinə vermək istəyirlər, 200 milyon dollarlıq kredit açılıb, qazın qiymətini aşağı salırlar ki, vəziyyəti qansız-qadasız nəzarətə alsınlar. Ancaq rejimə real təhlükə yarandığı halda onlar qandan da çəkinən deyillər”.

Dünyanın aparıcı kütləvi informasiya vasitələri Ermənistanda baş verənləri diqqətlə izləyirlər. Onların fikrincə, Serj Sarkisyanın açıqlamalarından sonra aksiya iştirakçıları arasında parçalanma yaranarsa və etirazçıların sayı azalarsa, mitinqlərin dağıdılması ehtimalı artıracaq.



3648 dəfə oxunub.

Digər xəbərlər
4-01-2016, 10:04 Bakıda avtomobil yanıb

bütün xəbərlər
____ Instagram ___