“Maqa” həbsdən azad olundu
Tarix: 09-09-2017 | Saat: 16:06
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzasından sonra həbs edilən şəxs azadlığa çıxıb. Qəzadan əvvəl lüks avtomobili ilə “Qaçqınkom”un nəvəsi ilə ötüşən Mirməhəmməd İsmayılov 30 sutkalıq həbs cəzasını başa vurub.
“Xəbəraz.Az” Musavat.com-a istinadən xəbər verir ki, qəzadan əvvəl Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə Heydər Əliyev porospektində ötüşən “Mazda” markalı 99 FS 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində seçilmiş inzibati həbs müddəti başa çatıb.
Avqsutun 7-də həbs edilən M.İsmayılovun 30 sutkalıq inzibati həbs müddəti sentyabrın 5-də başa çatıb və o, azadlığa buraxılıb.
“Mazda” avtomobilinin sahibi Mirməhəmməd İsmayılov “Maqa” ləqəbi ilə tanınırmış. O, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
Bildirək ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.
Qəzanı tördən şəxs Əli Həsənovun nəvəsi olub. Qəza zamanı Nail Allahverdiyevin yanında olan sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

23-10-2018, 14:00
Pensiyalar orta hesabla 140,7 manat artırılıb
4-08-2017, 10:39
Qızılın qiyməti düşüb
13-02-2022, 13:22
Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qaldı
1-01-2017, 18:24
İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü? - FOTO
15-01-2017, 13:56
Qəzzafinin milyardları axtarılır – Fantastik rəqəmlər
22-06-2017, 21:03
Ana və oğlu "şeytan çarxı"ndan yıxılıb öldülər - VİDEO
14-05-2020, 11:14
“Yeni bir həyata başlayacam” deyib ərindən BOŞANDI
10-07-2018, 21:25
Bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
26-04-2022, 11:37
Azərbaycanda magistral yoldakı lövhəni oğurladılar - FOTO