Azərbaycan Ali Baş Komandanının səlahiyyətləri artırılır - QANUN QƏBUL EDİLƏCƏK
Tarix: 08-09-2017 | Saat: 23:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.
Gələn həftə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək.
Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.
Layihəni şərh edən komitə üzvü deputat Zahid Oruc bildirib ki, qanunda Ali Baş Komandanın səlahiyyətlərində Milli Məclisə hərbi doktrinanın təqdim olunması, silahların və hərbi texnikanın inkişafının dövlət proqramlarının tərtib olunması, Milli Məclisin razılığı ilə müharibə elan etmə, yaxud sülh bağlama və s. var: “Bununla yanaşı, Ali Baş Komandanın hərbi məktəbləri, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti səlahiyyətlərinin də olduğunu nəzərə alınıb, yuxarıdakı təklif irəli sürülüb”.
Layihə sentyabrın 12-də komitə iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
5928 dəfə oxunub.
Digər xəbərlər

20-03-2017, 10:43
Dünyada nefti bu şirkət ucuzlaşdırır
28-02-2018, 21:28
"Azərbaycanda uşaqlara seriallardakı adların qoyulması halları artıb"
11-07-2022, 11:50
Avtobus Nadir Qafarzadənin avtomobilini vurub - VİDEO
20-06-2015, 09:55
Bakı-2015: Radik İsayevə qızıl medalı İlham Əliyev təqdim etdi
23-12-2015, 12:34
Doqquzuncu dəfə həbs edilmiş şəxs təcridxanada özünü asdı
6-07-2016, 17:27
Müdafiə naziri yenidən cəbhəyə yollandı
11-06-2021, 10:23
Paşinyan oğlunu Bakıya göndərir? - ÖZƏL AÇIQLAMA
29-07-2017, 14:23
"WhatsApp"-ın bu funksiyası "partladacaq" - FOTO
18-01-2017, 19:34
Azərbaycanda məktəbli intiharı: NAHAR ETMƏYƏ GETDİ, MEYİTİ TAPILDI
5-05-2022, 15:48
Jurnalist Cəlal Əlləddin Məmmədov Prezidentə müraciət etdi