Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Sarkisyanı Qarabağa gətirən helikopteri vura bilərmi?..
Tarix: 06-09-2017 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər


“Azərbaycanın işğal olunmuş ərazilərində uçuşlar həyata keçirən Ermənistan təyyarələrini və helikopterlərini Silahlı Qüvvələrimiz vura bilər. Bu Azərbaycanın haqqıdır. Bunu ermənilər də çox gözəl bilir”.


Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.


E.Şahinoğlu deyib ki, Ermənistan Xankəndində hava limanını tədricən işə salır, amma uçuşlar həyata keçirə bilmir.


“Çünki onlar bilirlər ki, bu, beynəlxalq hüquqa da ziddir. Azərbaycan tərəfi heç bir dövlətə onun icazəsi olmadan uçuşlar həyata keçirməsinə icazə vermir. Son zamanlar erməni separatçıları təxribatlara başlayıblar.  Xankəndi Şuşa istiqamətində uçuşlar həyata keçirirlər.  Biz buna son qoymasaq, onlar bu təxribatlarını daha da genişləndirəcəklər.  Necə ki, Kəlbəcərdə Mineral su zavodu açırlar, yol çəkirlər, Şuşada tikinti işləri aparırlar. Halbuki, həll planına görə, Ermənistan Dağlıq Qarabağa aid olmayan rayonları boşaltmalıdır. Bu bəmçinin həmsədr dövlətlərin vecinə də deyil.  İrəvana demirlər ki, buralarda niyə tikirsən, köçürmə həyata keçirirsən, axı həll planına görə boşaldacaqsan. Ona görə də biz hər zaman işğalçını təziq altında saxlamalıyıq”.


Bəs belə olan təqdirdə Ermənistan rəhbərliyini Qarabağa gətirən helikopterlər vurula bilərmi?
E.Şahinoğlu sualı belə şərh edib:


“Mən demirəm ki, Serj Sarkisyan helikopterlə Xankəndinə gəlsə, mütləq onu vurmalıyıq. Bu əlbəttə ki, müəyyən problemlər yarada bilər. Amma biz hansısa yolla işğalçıya mesaj göndərməliyik ki, bu etməyin. Əks halda cavabınızı alacaqsınız. Ermənilər belə təxribatlarını getdikcə genişləndirirlər. Artıq  Ermənistanın baş naziri Karen Karapetyan məzuniyyətini işğal altındakı torpaqlarımızda keçirir. Kəlbəcərə gedir və orada mineral su istehsal edən zavodun açılışında iştirak edir. Bundan bir neçə gün keçir, bu dəfə Ermənistan prezidenti Qarabağa gəlir və yol açılışında iştirak edir. Mən hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün belə bir addımın atılmasına ehtiyac var”.
(modern.az)
 


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___