“Qərb təklifimizi qəbul etsəydi, Qarabağ münaqişəsi çoxdan həll olunardı” - Lavrovdan SENSASİON AÇIQLAMA
Tarix: 01-09-2017 | Saat: 17:17
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
“Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir”.
Apa-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri SergeyLavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib. O bildirib ki, NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur: “Bu cür qeyri-konstruktiv fəaliyyətlərin təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik”.
Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir: “Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.
S. Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: “Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.
Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib: “Ukrayna böhranı isə heç baş verməzdi”.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

2-04-2018, 08:21
Kəlbəcərin işğalından 25 il ötür
1-09-2022, 12:22
Üzüm yeyəndə çəyirdəklərini atmayın! Üyüdüb qəbul edin
23-03-2021, 15:44
ABŞ dolları Azərbaycanda da bahalaşacaqmı? - GƏLİŞMƏ
23-03-2017, 18:03
İslam oyunlarının açılışında bu xidmətlər pulsuz olacaq - SİYAHI
10-01-2022, 20:54
"Gəncə Beynəlxalq Xəstəxanası" ittihamlara belə cavab verdi
20-05-2015, 14:38
Mehriban Əliyeva yaralılara baş çəkdi
18-10-2015, 19:47
Tanınmış modelyer nənə oldu
27-02-2016, 12:49
Yeni doğulan körpə peyvənddən sonra öldü
12-03-2018, 12:12
Rəşid Behbudovun qızından Faiq Ağayevə ETİRAZ
31-07-2016, 10:38
ŞOK: 3 aylıq uşaq danışır - VİDEO