Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazim İbrahimov: "ÜAK-ın ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb"
Tarix: 21-08-2017 | Saat: 12:06
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb".
 
Apa-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. 
 
N. İbrahimov bildirib ki, sentyabrda Rusiyada bununla bağlı məhkəmənin müvafiq qərarı gözləmək lazımdır: "Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının narazılığına səbəb olub. Düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür. Hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər. İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Hər hansı neqativ qərar olarsa, fikrimizi bildirəcəyik".



Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___