Prezident Göygöldə - YENİLƏNİB
Tarix: 19-08-2017 | Saat: 16:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib.
Prezident İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiya barədə məlumat verib.
Bildirilib ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.
Qeyd edilib ki, “Çiçəkli” Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Dövlət başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.
Prezident həmçinin Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib.
***
14:57
Prezident İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə gedib. Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.
Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.
Qeyd olunub ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.
Dövlət başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

14-01-2019, 20:51
Müdafiə Sənayesi Nazirliyi ləğv olundu - “Azərsilah” yaradıldı
4-06-2016, 20:47
Bakıda sərnişin avtobusu qəzaya uğradı: 2 ölü
15-10-2015, 16:36
Maaşını ala bilməyən fəhlə intihar etmək istədi
2-10-2015, 15:19
Azərbaycanda sosial yardım müsibəti - Video
21-03-2015, 20:32
Rusiya Danimarkanı nüvə zərbəsi ilə hədələdi
26-09-2015, 13:21
Ayanla Aysel arasında qalmaqal: “Barışıq mümkün deyil“
13-08-2016, 22:51
Zakir Həsənov Beynəlxalq Ordu Oyunlarının bağlanışında
24-12-2018, 13:23
Qız üstündə baş verən qanlı olayın təfərrüatı-Foto
31-08-2017, 13:41
Ən güclü orduya malik ölkələr - Azərbaycan neçəncidir?