Zaxarova: "Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasət prioritetlərinə aiddir"
Tarix: 17-08-2017 | Saat: 23:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb:
"Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib.
Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik. Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib".
M.Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər:
"Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir".
Xəbəri paylaş
5608 dəfə oxunub.
Digər xəbərlər

19-11-2017, 10:36
Ən sağlam insanlar BU FƏSİLDƏ DOĞULUR
30-04-2017, 11:58
Bakıda vəzifəli şəxs dəhşətli cinayət törətdi - BİZNESMEN ÖLDÜRÜLÜB
26-08-2015, 00:05
Məşhur məbəd partladıldı - FOTO
5-10-2017, 09:52
Gənc qız evində işləyən ustalar tərəfindən döyüldü
16-03-2017, 12:40
Mövludun intiharının bəzi TƏFƏRRÜATLARI məlum oldu - FOTO
18-06-2018, 12:25
Ötən gecə cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT
15-11-2017, 12:12
Ünvanlı sosial yardım ləğv edilir
14-04-2015, 23:04
Səbəbsiz söhbətə görə qatilə çevrilən şəxsin apellyasiya şikayəti təmin olunmadı – FOTO
25-11-2022, 10:47
Müdafiə Nazirliyindən AÇIQLAMA: "Tamamilə yalandır"
22-03-2017, 11:25
Uşağın yalan danışması nəyə işarədir? – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!