Qarabağ üçün TARİXİ GÜN
Tarix: 15-08-2017 | Saat: 11:37
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.
Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadır.
Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidir. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda “Qarabağ”la “Kopenhagen”in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan “Qarabağ” 19 il sonra revanş almağa köklənib.
Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
15 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Paolo Taqliavento (İtaliya)
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

30-07-2017, 23:43
Leyla Əliyeva əkiz oğulları ilə "Jara"nın BAĞLANIŞ MƏRASİMİNDƏ - FOTO
28-04-2017, 14:40
"Sosial mənzil" almaq üçün tələb olunan sənədlər - SİYAHI
6-07-2017, 16:24
ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı – TOY FIRILDAĞI
8-05-2019, 14:28
Bakı-Ankara qatarı açılır - QİYMƏTLƏR
6-02-2017, 19:23
Peyğəmbərimizin tövsiyə etdiyi şəfalı qidalar
1-11-2021, 09:16
Pedofiliyanın gizli əlamətləri - Uşaqları necə qoruyaq?
22-08-2018, 12:10
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
22-07-2020, 11:12
Onlar gözəllik "memar"laridirlar. "Gənclik gözəllikdir" söyləyənlər çox haqlı düşünürlər.
20-11-2020, 20:35
Azərbaycan Ordusu Ağdama bayrağımızı belə sancdı - VİDEO
4-07-2018, 14:36
Baş nazir kəskin istilərlə bağlı sərəncam imzaladı: iyulun 4-7-də...