Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Energetik içkilərin bədənə verdiyi bu təsirini heç bilirdiniz? - DƏHŞƏTLİ FAKT
Tarix: 14-08-2017 | Saat: 11:24
Bölmə:M / Karusel / Araşdırma | çapa göndər



ABŞ alimləri enerji içkilərinin kokain asılılığına gətirib çıxardığını açıqlayıb.
Merilend Universitetinin alimləri iddia edib ki, enerji içkiləri kokain asılılığında "körpü" kimi çıxış edə bilər. Araşdırmanın nəticələri “Drug and Alcohol Dependence” jurnalında dərc olunub. Bu araşdırma enerji içkilərinin istehlakının gələcəkdə psixoaktiv maddələrin istifadəsinin əhəmiyyətli təsiri barədə xəbər verir.
Amerika alimlərinin araşdırması göstərib ki, tərkibində çoxlu şəkər və kofein olan içkilərdən istifadə edən 21 və 25 yaşlı gənclər daha çox kokain asılılığına düşür. Bundan əlavə, gələcəkdə belə insanlar ya alkoqolizmdən əziyyət çəkir, ya amfetamin, yaxud da stimulyator (Gücü artırıcı həb) istifadə edir.
Tədqiqatda 1099 nəfər iştirak edib, onların yarıdan çoxu fəal enerji içki istifadəçisi olub. Bu tədqiqat bir daha sübut edir ki, energetik içkilər ilk baxışda göründüyü kimi zərərsiz deyil.
Məlumat üçün bildirək ki, bir butulka enerji içkisində 3 stəkan qəhvədən daha çox kofein var. Energetik içkilərin istifadəsi ürək-damar və sinir sistemi, həddindən artıq yorğunluq və yuxusuzluq problemləri yarada bilər.
(publika)


Xəbəri paylaş

1 1038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___