Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu polis işçisini dünya "Azərbaycanın üzü" seçdi - FOTO
Tarix: 14-08-2017 | Saat: 10:43
Bölmə:M / Karusel / Maraqlı | çapa göndər

Bu polis işçisini dünya "Azərbaycanın üzü" seçdi
Dünyanın nəhəng internet-portallarından olan MSN (Microsoft Network) əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri 5 ölkənin siyahısını dərc edib. Azərbaycan reytinqdə birinci yeri tutub. MSN ölkəmiz haqqında məlumatı “gülərüz polis əməkdaşı”nın fotoşəkli ilə müşayiət edib.
Bildirilir ki, bu yaxınlara qədər Azərbaycan viza almaq üçün ən çətin ölkələrin siyahısına daxil idi. “Ölkəni ziyarət etmək üçün viza alınması uzun və əzablı proses idi və uğura heç bir zəmanət yox idi. Lakin hakimiyyət (Azərbaycan hakimiyyəti – red.) elektron viza tətbiq etməklə təəccübləndirdi”, - məqalənin müəllifləri yazır.
Onların sözlərinə görə, bütün proses “online” rejimdə baş verir və viza 2-4 ərzində təqdim olunur. Bu gün viza üçün rüsum təxminən 20 dollara başa gəlir.
Reytinqdə sonrakı yerləri Kamboca, Şri-Lanka, Tacikistan və Vyetnam tutub. Bu ölkələrdə də elektron viza sisteminin tətbiq edildiyi qeyd olunur. (virtualaz.org)


Xəbəri paylaş

9608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___