Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropa Oyunlarının bayrağı Patrik Hikkiyə təhvil verilib
Tarix: 28-06-2015 | Saat: 20:05
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Avropa Oyunlarının bayrağı Patrik Hikkiyə təhvil verilib

Xeberaz.az
xəbər verir ki ,Avropa Olimpiya Komitəsinin prezidenrti Patrik Hikki bugün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının Bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb. Oyunların Əməliyyat Komitəsindən Lent.az-a verilən məlumata görə, tədbirdən sonra çıxış edən P.Hikki deyib ki, Bakı 30 aydan bir az da çox müddətdə Avropa Oyunlarının himayədarı olub: "Bugün AOK Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla geriyə təhvil alır. Bakı 2015-in verdiyi ən böyük töhfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra, bu yarışların gələcəyi təmin olunub."
Mərasimdə çıxış edən nazir Rəhimov xüsusi təqdimat qutusunda Avropa Oyunlarının bayrağını P.Hikkiyə təqdim edib. Qutunun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var.

Mərasimdə, AOK-un İcraiyə Komitəsi, AOK Bakı 2015 Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12500 Alovqoruyan könüllülərin təmsilçiləri iştirak ediblər.


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___