Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müəllimlərin işə qəbulu imtahanlarını DIM aparsın!
Tarix: 09-08-2017 | Saat: 12:30
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər



Sosial şəbəkələrdə müəllim işləmək istəyən amma Təhsil Nazirliyinin keçirdiyi imtahanlardan narazı qalan müəllimlərin narazılığı ifadə olunmaqdadır.Mövzunun aktuallığını nəzərə alaraq Xəbəraz.az saytı bir müddət əvvəl  Faktinfo.az  saytında yayımlanan "Müəllimlərin işə qəbulu imtahanlarını DİM aparsın" !  başlıqlı məqaləni olduğu kimi oxucularına təqdim edir:

Zamanla müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi fikrinin ortaya atılması və ardınca 65 yaş senzini bəhanə edib müəllimləri kütləvi şəkildə təqaüdə göndərilməsi keçmiş Təhsil naziri Misir Mərdanov və nazirlikdə bu təşəbbüsün müəllifi Strateji Təhlil və Planlaşdırma şöbəsinin sabiq müdiri vəzifəsini daşıyan Fərzəli Qədirova kifayət qədər gəlir gətirdi. Bir sözlə, vakant müəllim yerlərinə öncə 6-7 min manat rüşvət almaqla başladılan “proses” nəticəsində məbləğ sonradan 10 min manata qədər qaldırıldı.

Narazılıqlar genişləndi, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi söhbəti gündəmdən çıxarıldı. Məlum oldu ki,gənc müəllimlərin  işlə təmin etmək məqsədinin arxasında hər il bu “proses”dən milyonlarla manat rüşvət toplamaq məqsədi dayanırmış. Təhsil Nazirliyinin iflasa uğrayan bu işinin sonradan təhsil ictimaiyyəti tərəfindən narazılıqla qarşılandığı,ölkə KİV-lərinin bu barədə çoxsaylı tənqidi məqalələrlə çıxış etməsi hər kəsə bəllidir. O səbəbdəndir  ki, təhsil üzrə ekspertlər, orta məktəbdə müəllim işləmək istəyənlər o zaman  müəllimlərin işə qəbulunu Təhsil Nazirliyi deyil, TQDK-nın aparmasını məqsədə uyğun bilir, mətbuat bu barədə rəylər dərc edirdi. Çünki Təhsil Nazirliyinə inam itib. Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu, tələbə köçürmələri, tikinti işləri, təchizat məsələləri alınmalı, nazirlik  yalnız təlim-tədris prosesi ilə məşğul olmalıdır kimi fikirlər hələ o zaman mütəmadi  olaraq səslənirdi. Buna dair  beynəlxalq praktikadan misallar gətirilirdi.
Bunlar o zaman idi. İndi necədi,müəllimlərin işə qəbuluna dair keçirilən imtahanlarla bağlı  şəffaflığı,narazılığın olmadığını söyləmək olarmı?
 Buna dair indinin özündə belə yekdil fikir yoxdur. Nazirlik daxilində gündə bir qayda qəbul olunur,müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik və əlavələr edilir. İmtahan sonrası isə hardasa narazılıqlar,şübhələr və şayiələr dolaşır.
Bunların olmaması  üçün  yaxşı olar ki, müəllimlərin işə qəbulu prosesini də DİM aparsın, Təhsil Nazirliyi bu prosesə vaxtını, nə də əsəblərini xərcləsin.Necə ola bilir ki, DİM dövlət qulluğuna qəbulla bağlı imtahan apara bilir,müəllimlərin işə qəbulunu  yox?..  Bu barədə düşünməyə dəyər.
Faktinfo.az


Xəbəri paylaş

7958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___