Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ermənistan uşaqlara qarşı vandalizm əməllərini davam etdirir" - Deputat
Tarix: 08-08-2017 | Saat: 08:46
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



"Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir. Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, Türk kökənli insanlarımız daha geniş yaymalıdır". Bunu Milli Məclisin deputatı Qənirə Paşayeva Ermənistanın Tovuz rayonunun Qaralar kəndini atəşə tutmasına münasibət bildirərkən vurğulayıb.
Q.Paşayeva qeyd edib ki, baş verənləri səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq: "Gənclərimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar".
Deoutat qeyd edib ki, işğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir: "Axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində, öz həyətində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifovu yaralayıblar. Ramin balamız Tovuz rayon Mərkəzi Xəstəxanasındadır, xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq".


Xəbəri paylaş

4828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___