Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin kürəkənindən Tahir İmanova təşəkkür
Tarix: 28-06-2015 | Saat: 15:52
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Prezidentin kürəkənindən Tahir İmanova təşəkkür
Azərbaycan Prezidenti İlham Əliyevin kürəkəni, Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov iyunun 4-də dərc olunan “Məmur balaları prezidentin kürəkənindən nümunə götürsünlər” başlıqlı yazıya görə “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, aktyor Tahir İmanova təşəkkürünü bildirib

Bu barədə aktyor özü bildirib. Onun sözlərinə görə, Səməd Qurbanov Tahir İmanovun saytımıza verdiyi müsahibəni bəyəndiyini qeyd edib.

Xeberaz.az xəbər verir ki, “AzVision.az-a verdiyim müsahibə dərc olunduqdan bir müddət sonra Səməd Qurbanov mənə zəng edərək yazını çox bəyəndiyini söylədi və həqiqəti dediyim üçün mənə təşəkkür etdi”.

Məşhur aktyor sözügedən yazının sosial şəbəkələrdə geniş müzakirə olunmasına da münasibət bildirib.

“Sosial şəbəkələrdə olmasam da bu yazı geniş müzakirələrə səbəb oldu. Təbii ki, burada müsbət və mənfi rəylər də oldu. Çox sevindim ki, müsahibəm barəsindəki müsbət rəylər çoxluq təşkil etdi. Mənfi rəylər də çox idi. Bu ifadələrim bəzilərinin qəlbinə toxundu. Bunlar hamısı paxıllıq və savadsızlıqdan irəli gələn şeylərdir. Əsas odur ki, ətrafımda olan şəxslər həmin müsahibəmi bəyəndilər. Səməd bəy də mənə təşəkkür etdi. Amma təşəkkürə ehtiyac yox idi. Düşünürəm ki, həqiqət söylənəndə təşəkkürə ehtiyac yoxdur. Həqiqət elə bir qüvvədir ki, onu keç kəs qıra, sındıra, poza bilməz. Pozulsa da yenə də həqiqət üzə çıxacaq”.

T.İmanov müsahibəsi zamanı söylədiyi “Məmur balaları prezidentin kürəkənindən nümunə götürsünlər” fikrinin doğru olduğunu bir daha ifadə edib: “Müsahibənin başlığı da əsas hədəflərdən biridir. Çünki son zamanlar bu çox aktual bir mövzudur. Ölkə başçımız da məmur övladları məsələsinə bir neçə də toxunub. O, məmur övladlarının ictimai yerlərdə özlərini çox tərbiyəsiz apardıqlarını söyləyib. Mən həmişə təəccüblənmişəm ki, bizim bəzi məmur, oliqarx, kredit biznesmenlərinin övladları ancaq Azərbaycanda özlərini pis aparırlar. Çünki onların bu cür rəftarları çox vaxt cəzasız qalır. Onlar heç vaxt özlərini xarici ölkələrdə elə formada apara bilməzlər. Çünki yaxşı bilirlər ki, xarici ölkədəki pis davranışlarına görə oradan tez bir zamanda deportasiya olunacaqlar. Burada isə atalarının, əmilərinin köməyini hiss edərək, özlərini bu cür aparırlar. Çox təəssüflər olsun ki, onların bu cür davranışları əksər hallarda cavabsız qalır. Ona görə də dedim ki, Səməd Qurbanovun cəmiyyətdə tutduğu yer, onun davranışı və həyat tərzi, tərbiyəsi, dünyagörüşü həmin məmur övladları üçün nümunə olmalıdır. Tək Səməd Qurbanovun yox, Cənab Prezidentimizin ailə üzvlərinin davranışı hər bir vətəndaşımız üçün nümunədir”.

Qeyd edək ki, T.İmanov saytımıza verdiyi müsahibəsində Səməd Qurbanov və onun atası Aydın Qurbanovla münasibətlərindən söz açıb.

Aktyor Səməd Qurbanovun çox sadə bir insan olduğunu söyləyib. Onun sözlərinə görə, prezidentin kürəkəni olsa da S.Qurbanov heç vaxt özünü yüksək təbəqənin nümayəndəsi kimi aparmır: “Statusuna baxmayaraq, o, çox sadə bir insandır. Səmədi tanımayan insan bilməz ki, onun çox tanınmış qohumları var. Səmədi bizim bəzi məmurlarımızın övladları ilə müqayişə etsək görərik ki, onların arasında yerdən göyə qədər fərq var. Bəzi məmur övladları avtoxuliqanlıq edirlər, silahdan istifadə edirlər. Səməd isə belə əməllərdən uzaqdır. Çünki onun əslində tərbiyə var. Tərbiyəli insan isə elə əməllər törətməz.

Mən Səmədi həmişə başqalarına nümunə göstərmişəm. Onlara deyirəm ki, baxın Səmədə, qohumları nə qədər tanınmış insanlar olsalar da o, özünü çox sadə aparır. Səmədin hərəkətləri bəziləri üçün nümunə olmalıdır”.


Xəbəri paylaş

9178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___