Hökumət tam tərkibdə istefaya getdi
Tarix: 03-08-2017 | Saat: 10:59
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər
Avqusutun 3-də Yaponiya hökuməti Baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib. Nazirlər Kabineti dəftərxanasının yaydığı məlumata görə, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr Baş nazir tərəfindən qəbul edilib.
“Xəbəraz.Az” Azərtac-a istinadən xəbər verir ki, yaxın saatlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir. Yaponiyada hökumətin tam tərkibdə istefaya getməsi Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrin həyata keçirilməsi üçün nəzərdə tutulan zəruri prosedurdur.
İstefa verən hökumət öz vəzifələrini günün ikinci yarısına qədər formal şəkildə davam etdirəcək. Məhz həmin vaxt yeni kabinetin tərkibinin elan ediləcəyi gözlənilir. Yerli KİV-in verdiyi məlumata görə, Baş nazir yeni kabinetdə müdafiə və xarici işlər nazirləri də daxil olmaqla nazirlərin yarısını dəyişməyi planlaşdırır.
Xatırladaq ki, Yaponiya hökumətinin tərkibində dəyişikliklər hakim Liberal Demokratik Partiyasının və onun lideri Baş nazir Şinzo Abenin reytinqinin aşağı düşməsi fonunda baş verir. Ş.Abe Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklər yolu ilə düşməkdə davam edən reytinqi və seçicilərin inamını bərpa etməyə çalışır.
Xəbəri paylaş
5768 dəfə oxunub.
Digər xəbərlər

31-05-2019, 16:13
Deputat çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
26-03-2016, 16:15
Şəhid hərbçimiz dəfn edildi
10-05-2020, 13:27
Yoluxma halları yenidən artdı, gecə klubları bağlandı
17-10-2018, 10:31
Müğənni Afaq tamam soyundu - FOTO
6-09-2016, 15:53
Xərçəng olan məşhurdan ürəkdağlayan yalvarış: “Ölmək istəmirəm”
11-03-2023, 11:42
Dumanlı hava nə vaxtadək davam edəcək?
17-02-2023, 14:43
Azərbaycanda uşaqlar arasında yayılan virusların adı açıqlanıb
2-04-2015, 18:38
Rus təyyarələri Ermənistan səmalarında
23-12-2015, 21:55
İlham Əliyev yeni rektor təyin etdi
2-08-2015, 19:14
Marqarita Qasparyan Bakıda 43 min dollar uddu