Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid Hüseyn Əkbərli Cəlilabadda dəfn olunub
Tarix: 31-07-2017 | Saat: 10:55
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV | çapa göndər


İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün  dəfn olunub.
 
Apa-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn edilib.
 
Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin zabit heyəti, Cəlilabad  Rayon İcra Hakimiyyətinin numayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun ailəsinə  təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub.
 
***
 
16:56
 
İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün dəfn ediləcək.
 
Apa-nın cənub bürosunun verdiyi məlumata görə, düşmən atəşinin qarşısı alınarkən şəhid olan Cəlilabadın Eçara kənd sakini, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn ediləcək.
 
Qeyd edək ki, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu H. Əkbərli Hüseyn şəhid olub.




Xəbəri paylaş

8638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___