Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İslam Kərimovun qızı cinayət əməllərini necə ört-basdır edimiş? - Gülnarə Kərimova haqqında İLGİNC DETALLAR
Tarix: 29-07-2017 | Saat: 14:00
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Özbəkistanın sabiq prezidenti İslam Kərimovun dünən həbs olunan qızı Gülnarə Kərimova haqqında indiyə kimi bilinməyən məqamlar ortaya çıxıb.
Gülnarə Kərimova hələ atasının sağlığında bəzi cinayətkar qruplarla əlbir olubmuş. Bildirildiyinə görə, prezident qızı sənətçi tərəfi ilə cinayət əməllərini uzun müddət ört-basdır edə bilib. Ailəsi ilə münasibətləri korlanandan sonra isə prezidentin xanımı qızının arxasında dayanan bütün qüvvələri sıradan çıxarıb. İndi isə arxasındakı qüvvə çəkildiyindən Gülnarə cinayət əməllərini daha çox gizlədə bilməyib.  
 

 

Kimdir Gülnarə Kərimova?
 
Qeyd edək ki, sözü gedən məşhur xanım 1972-ci ildə anadan olub və  sabiq prezidentin böyük qızıdır. O, atasının sağlığında və hələ münasibətlərinin korlanmadığı vaxtlarda çox böyük gücə sahib olub. Gülnarə Kərimova 1991-ci ildə Mansur Maqsudi ilə evlənib. 12 il davam edən evlilik 2003-də sona çatıb. Həmin evlilikdən Gülnarənin iki övladı var.

Təhsilini Daşkənd Universitetində başlayan Gülnarə Kərimova 1996-cı ildə məzun olub. Daha sonra ABŞ-da Harvard Universitetində master dərəcəsi alıb. 2009-cu ildən bəri siyasət elmi üzrə professordur. Həmçinin Gülnarə Kərimova Özbəkistanda Texnologiya Universitetinin də məzunu olub, 1992-ci ildə ABŞ-da Fashion Universitetində tam kurs keçib.

Gülnarə Kərimova iş adamı olmaqla yanaşı, moda stilisti və müğənni kimi də fəaliyyət göstərib. O həmçinin Mədəniyyət forumu və Özbəkistan Sənətçilər Fondunun da rəhbəridir.
 
2015-ci ildə aparılan istintaq zamanı saxlanılan Gülnarə Kərimovanın Özbəkistanda Skandinaviya və Rusiya telekom şirkətlərindən 1 milyard dollar rüşvət aldığı ortaya çıxıb. Lakin Gülnarə Kərimova bu ittihamları qəbul etmir.

Gülnarə Kərimova həbs edilənə qədər Cenevrə şəhərində 2009-cu ildə aldığı 18 milyon 200 min İsveç frankına aldığı mənzildə yaşayıb.

Onu da qeyd edək ki, G.Kərimovanın bacısı Lola Kərimova Özbəkistanın UNESCO-dakı səfiridir. Onun fotosunu da sizə təqdim edirik:  
 


Xəbəri paylaş

1 6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___