Şəhidin medalı ailəsinə təqdim olundu - FOTO
Tarix: 27-07-2017 | Saat: 17:12
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının "Şücaətə görə" medalı ailəsinə təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qusar rayonunda keçirilən mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Əfqan Əliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, ordu quruculuğu prosesindən, aprel döyüşlərində əldə edilən qələbədən danışıb.
Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyinə görə şəhid Sultan Şahvələdovun "Şücaətə görə" medalı ilə təltif olunması barədə Müdafiə nazirinin əmri mərasim iştirakçılarına çatdırılıb. Medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.
Polkovnik-leytenant Loğman Xanlarov çıxışında S.Şahvələdovun yaşadığı qısa lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu qeyd edib.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.
Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Niyaz Şahvələdov övladının vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda şəhidin ruhuna ehsan verilib.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

29-03-2015, 01:15
İslamda uşaq tərbiyəsi video
26-12-2018, 13:22
Türkiyəli aktrisa donuz qripinə tutuldu
10-03-2016, 15:52
Novruz bayramında Azərbaycan otellərində qiymətlər (CƏDVƏL)
13-06-2015, 16:23
Avtriyalı idmançıları bax belə vurdu,sonrada həbs edildi (VİDEO)
29-10-2015, 19:01
Mətbuat Şurasında “qaynar xətt” yaradılacaq
4-02-2018, 12:15
İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyəti məhvə yaxınlaşdırır
2-11-2017, 13:36
Sabahın Havası
14-03-2017, 14:42
İlham Əliyev: "Ermənistanda iqtisadi vəziyyət dəhşətlidir"