Səfir: "Azərbaycan xalqının səbri tükənməkdədir"
Tarix: 25-07-2017 | Saat: 11:20
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürsə də, hələ də haqq-ədalətin bərpası üçün real addım atmır. ATƏT-də hazırkı situasiyanın həlli üçün dəqiq mexanizm yoxdur".
Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, bunu səfir Azər Xudiyev bu ölkənin tanınmış "QORDON" nəşrinə müsahibəsində deyib.
Səfir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanır:
"Azərbaycan xalqının səbri isə tükənməkdədir. Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır.
A.Xudiyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi səhifəsi Xocalı soyqırımıdır:
"600-dən çox insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi Xocalı soyqırımının 25 ili tamam oldu. Qarabağda separatçılıq hərəkatının liderlərindən olmuş Ermənistan prezidenti Serj Sarkisyanın əli dinc azərbaycanlıların qanına batıb. Səfir buna sübut olaraq Sarkisyanın ingilis jurnalisti Tomas de Vala müsahibəsində dediklərini xatırladıb: "Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq". Belə bir şəxsdən konstruktiv mövqe gözləmək olarmı?"
Azərbaycanın torpaqlarının hələ də Ermənistanın işğalı altında olduğunu vurğulayan səfir bildirib ki, Ermənistan tərəfi cəbhə xəttində mütəmadi təxribatlar törədir, hər gün Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini və mülki şəxsləri müxtəlif silahlardan atəşə tutur:
"Bu yaxınlarda erməni silahlı birləşmələrinin Füzulinin Alxanlı kəndi istiqamətində açdığı atəş nəticəsində iki yaşlı Zəhra və onun nənəsi həlak olub. Heç kim zamin dura bilməz ki, bu faciə təkrarlanmayacaq. Çünki Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsini yerinə yetirmək istəmir və təxribatçı əməllərini davam etdirir".
Səfir müsahibəsində, həmçinin ötən ilin aprel hadisələrindən, Azərbaycanın güclənən ordusundan, Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrdən, mövcud problemlərin aradan qaldırılmasının vacibliyindən də danışıb.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

13-05-2022, 09:11
"Qadınlar arıqlamaq üçün narkomanlıq edirlər" - Mehriban Zeynalovadan ŞOK AÇIQLAMA
15-04-2017, 12:39
Türkiyədə güclü yanğın: 14 əsgər xəstəxanalıq oldu
14-08-2017, 11:46
Niyam Salami bunu ilk dəfə etdi - VİDEO
28-02-2017, 10:59
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Rossiya 24" telekanalına müsahibəsi
30-07-2020, 17:31
Bayramdan sonra məzənnə belə olacaq
15-09-2017, 11:56
Bakıda qardaşının evinə qonaq gələn şəxsin DƏHŞƏTLİ SONU
25-05-2016, 16:20
Jurnalistə yeni vəzifə verildi
4-06-2018, 21:32
Aslan İsmayılova cinayət işi qaldırıldı
19-08-2015, 14:53
Azərbaycanda ərzaq məhsulları 20-30% bahalaşdı – FOTO
1-09-2015, 16:45
“Yaşıl gözləri ilə dünyanın ən yaraşıqlı adamı...”