Azərbaycanda dövlətə xəyanət edən 6 nəfər tutuldu - DTX adları açıqladı
Tarix: 19-07-2017 | Saat: 14:11
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.
Məlumata görə, dövlətə xəyanət faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib.
Casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Xəbəri paylaş
8368 dəfə oxunub.
Digər xəbərlər

5-11-2015, 16:52
Burnunu düzəltdirmək istəyənlər oxusun! - PLASTİK CƏRRAH YAZIR
16-01-2017, 16:37
Yol polisindən piyadalara qarşı sərt addım - Əmlaka həbs qoyulacaq
21-05-2018, 23:38
Prezidentdən azərbaycanlı müğənni və xanımı ilə bağlı - Sərəncam
18-09-2022, 09:39
Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı, nişanlısının ayaqları tutuldu – FOTO
4-09-2015, 02:10
Dözə bilmədim, stadionu tərk etdim` - Rövnəq Abdullayev
15-05-2015, 14:52
Manatın orta məzənnəsi açıqlandı
23-04-2018, 15:43
Yeni nazir fəaliyyət prinsiplərini açıqlayıb
15-09-2015, 13:50
Röyanın evi yandı
22-04-2015, 21:42
Putin Ərdoğanla 24 apreldə İrəvana səfərini müzakirə edib