Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yevgeni Primakov vəfat edib
Tarix: 26-06-2015 | Saat: 19:41
Bölmə:M / Karusel / Dünya / M2 / Fotogalereya | çapa göndər

Yevgeni Primakov vəfat edib
Putin onun qohumlarına və yaxınlarına başsağlığı verib.Rusiyanın keçmiş baş naziri və sabiq xarici işlər naziri Yevgeni Primakov 86 yaşında vəfat edib.
Xeberaz.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin Yevgeni Primakovun ölümü ilə bağlı başsağlığı verib. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Yevgeni Maksimoviç Primakovun vəfatı ilə bağlı prezidentə məruzə edilib. Prezident onun qohumlarına və yaxınlarına başsağlığı verib".
Onun sözlərinə görə, Putin Primakovla həmfikir idi: "Primakov böyük dövlət xadimi, alim, siyasətçi idi. O, özündən sonra böyük irs qoyub".
Qeyd edək ki, Y.Primakov 1929-cu ildə Kiyevdə (Ukrayna) anadan olub. O, Sovet İttifaqının son illərində bu dövlətin rəhbərlərindən biri olub. O, sonrakı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş naziri (1998-2000) vəzifəsində çalışıb.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___