Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycanda sabitlik möhkəmlənib” - İlham Əliyev
Tarix: 12-07-2017 | Saat: 14:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



“2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub”.
 
Apa-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev  bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.
 
Dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb.
 
Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında Azərbaycanın beynəlxalq əlaqələrinin daha da fəallaşdığını, dünyada böyük hörmətə malik ölkəmizin dostlarının sayının çoxaldığını, beynəlxalq təşkilatlarda fəallıq göstərildiyini diqqətə çatdırıb.
 
İlin əvvəlindən 10 ölkəyə səfər etdiyini deyən prezident İlham Əliyev vurğulayıb ki, bu səfərlərin coğrafiyası Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini təsdiqləyir. İl ərzində ölkəmizdə bir neçə mötəbər tədbirin - V Qlobal Bakı Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini deyən dövlət başçısı bu tədbirlərin ölkəmizə olan münasibəti və hörməti əks etdiyini və dünyada gedən proseslərə müsbət təsir göstərdiyini bildirib.
 
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev milli komandamızın bu oyunlarda birinci yeri tutduğunu, bunun da Azərbaycanın güclü idman dövləti olmasından irəli gəldiyini qeyd edib.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___