Azərbaycan ordusu Zəhranın qisasını aldı - Rəsmi açıqlama
Tarix: 07-07-2017 | Saat: 17:07
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.
"Xəbəraz.Az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.
Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qisimləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.
Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Xəbəri paylaş
9558 dəfə oxunub.
Digər xəbərlər

15-04-2017, 12:57
İstirahət gününün HAVAsı
15-09-2021, 11:23
“Silikonlu sevmirdi, çıxartdırdım” - Azərbaycanlı model
12-12-2015, 16:47
Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub - FOTO
8-06-2016, 14:43
Separatizm Rusiyanın əsas düşməni imiş
25-12-2016, 17:35
Putin sabahkı tədbirini ləğv etdi
1-05-2016, 11:31
Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var
7-08-2023, 09:51
Bu nömrəyə sms göndərməsəniz CƏRİMƏ GƏLƏCƏK - VİDEO
16-08-2018, 12:58
Azərbaycanda meyitdən bu orqanları götürmək olar - Siyahı genişlənir
11-03-2015, 23:24
Həyətinə gələn uşağına görə qonşusunu öldürən Binəqədi sakini 14 il cəza alıb – FOTO