Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan cəbhədəki hadisələrə görə İlham Əliyevə zəng etdi
Tarix: 06-07-2017 | Saat: 20:25
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ərdoğan cəbhədəki hadisələrə görə İlham Əliyevə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Xəbəraz.Az” Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ərdoğan cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib.
İ. Əliyev deyib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı növbəti dəfə törədilmiş hərbi cinayətdir:
“Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu hərbi cinayətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”.
Telefon söhbəti zamanı yaxın günlərdə Türkiyədə keçiriləcək Dünya Neft Konqresi ilə bağlı məsələyə də toxunulub, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib.
İlham Əliyev Ərdoğana göstərdiyi qardaşlıq mövqeyinə və başsağlığına görə bir daha Azərbaycan xalqı adından minnətdarlığını bildirib.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___