Leyla Əliyeva balaca Zəhraya şeir həsr edib
Tarix: 06-07-2017 | Saat: 10:36
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevaya şeir həsr edib.
Xəbəraz.Az trend-ə istinadən bildirir ki, Leyla Əliyeva balaca Zəhraya həsr etdiyi şeiri rəsmi "İnstaqram" səhifəsində paylaşıb.
Zəhranın xatirəsinə...
Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı -
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın...
Zərif izlərini kim sildi sənin -
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda...
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı -
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə...
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə...
Xəbəri paylaş
8668 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-07-2017 | Saat: 10:36
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevaya şeir həsr edib.
Xəbəraz.Az trend-ə istinadən bildirir ki, Leyla Əliyeva balaca Zəhraya həsr etdiyi şeiri rəsmi "İnstaqram" səhifəsində paylaşıb.
Zəhranın xatirəsinə...
Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı -
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın...
Zərif izlərini kim sildi sənin -
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda...
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı -
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə...
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə...
Xəbəri paylaş
Digər xəbərlər
11-06-2015, 14:27
Ermənilər: "Guya Olimpiada ideyalarına, tolerantlığa və dostluğa (?)
28-06-2015, 23:30
Dar cins şalvar geyinənlər bunu bilməlidir-HƏKİM
4-05-2015, 14:52
Bakıda növbəti sevgi cinayəti
17-12-2016, 18:30
Azərbaycanda Safari parkı yaradılacaq
21-12-2019, 11:53
ARB-nin aparıcısı ilə intim videosu yayılan qız danışdı - VİDEO
29-08-2023, 19:28
Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
17-01-2021, 16:16
Tərxis edilən 1953 nəfərin müraciəti qeydə alınıb - VİDEO
29-07-2023, 18:04
Bakıda qadınlar arasında KÜTLƏVİ DAVA: Xəsarət alan var
22-05-2016, 12:19
NATO Rusiya sərhədinə iki gəmi göndərdi