"Ermənistan uşaq və qadınları hədəfə alıb" - Türkiyə XİN
Tarix: 05-07-2017 | Saat: 14:28
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Türkiyənin Xarici İşlər Nazirliyi Füzuli rayonunda ermənilərin dinc sakinləri öldürməsi hadisəsi ilə bağlı bəyanat yayıb.
Apa-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, iyulun 4-də Ermənistan silahlı bölmələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə kənd sakinlərindən 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olublar, bir qadın yaralanıb: “Bu hadisəni şiddətlə qınayırıq. Xain hücumda ölən azərbaycanlılara Allah rəhmət eləsin! Yaralanan qadına isə sağlamlığına qovuşmağı arzulayırıq. Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal edən Ermənistanın cəbhə xəttində ağır silahlarla təxribat törətməsini, beynəlxalq hüquqa və insan haqlarına zidd olaraq, dinc sakinləri, xüsusilə uşaq və qadınları hədəfə aldığını göstərir”.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Xəbəri paylaş
6438 dəfə oxunub.
Digər xəbərlər

17-09-2021, 11:43
Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO
18-03-2015, 14:13
Zakir Həsənov açılışda iştirak etdi
1-11-2016, 16:45
Bəzi qadınların məşğuliyyəti : ”Fala inanma, faldan da qalma”
21-03-2015, 14:39
Gürcüstan da dollardan əziyyət çəkir
11-12-2017, 17:14
Azərbaycanda 2500-dən artıq şəxs bu xəstəlikdən əziyyət çəkir
17-02-2017, 17:26
Bakıda “Təcili yardım” xəstəni aparmadı - Gənc qız öldü
12-04-2021, 16:16
Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi – FOTOFAKT
21-01-2022, 11:19
Ən çox ağlayan və zarıyan bürclər - GİLEYLİ BEŞLİK