Ramil Usubov: "Heç bir qüvvə Azərbaycanda ictimai asayişi və təhlükəsizliyi təhdid etmək gücündə deyil”
Tarix: 01-07-2017 | Saat: 12:07
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Son illər dünyanın müxtəlif ölkələrində baş verən xaotik böhranlar, ayrı-ayrı ölkələrin tənəzzülü bir daha sübut edir ki, ilk növbədə təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil”.
Apa-nın məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib. Nazir bildirib ki, ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında daxili işlər orqanlarının müstəsna xidmətləri var: “Ötən dövrdə Azərbaycan polisi torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirmişdir. Taleyüklü anlarda - dövlətin, xalqın, vətəndaşın maraqları tələb edən zamanda polisin həyatını riskə ataraq böyük rəşadət və qəhrəmanlıqlar nümayiş etdirdiyinin, hətta canından belə keçdiyinin dəfələrlə şahidi olmuşuq. “Mənim polisim məni qoruyur” deyimi də bu gün tam həqiqi mahiyyəti ilə qəbul edilir. Azərbaycanda ictimai asayiş, təhlükəsizlik etibarlı qorunur və onu heç bir qüvvə təhdid etmək gücündə deyil”.
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər

18-07-2016, 18:19
Rəhim Rəhimli: “Elə bu gecə” - Video
27-09-2021, 16:40
Prezident İrandan Xankəndinə yollanan yük maşınlarından danışdı: "Bizə qarşı hörmətsizlikdir"
19-06-2016, 18:41
Almaniya Rusiyaya görə NATO-nu tənqid etdi
19-07-2016, 23:53
Bakıda dəhşətli QƏZA: Yük maşını avtobusa çırpıldı - FOTOLAR
16-03-2020, 02:39
Türkiyədə bütün əyləncə mərkəzləri sabahdan bağlanacaq
4-05-2016, 23:29
Lələtəpə əməliyyatının qəhrəmanları danışdı - Video
22-05-2017, 20:34
Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz
6-12-2018, 11:54
Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə ölüb