Ərəblərin Azərbaycanda ov macəraları başa çatdı Ərəb şeyxləri Azərbaycandan torpaq sahəsi almaq istəyirlər
Tarix: 11-03-2015 | Saat: 23:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
.
Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ov etməyə gələn ərəb zənginləri ovlarını başa vuraraq vətənlərinə dönüblər.
Xeberaz.az Virtualaz.org-a istinadən xəbər verir ki, üç həftəyə yaxın Azərbaycan ovlaqlarında əylənən ərəblər səfərlərini bu günlərdə başa vurublar.
Ov həvəskar olan qonaqların kimliyi də bəlli olub. Bunlar keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub.
O da məlum olub ki, ərəb şeyxləri Azərbaycana şahin quşları ilə elə yerli şahin quşlarını ovlamaq, necə deyərlər, “quşu quşla tutmaq” üçün gəlibmiş.
Məlumata görə, ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalıblar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlayıb ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətiriblər.
Ərəb şeyxləri ov zamanı İmişli rayonu ərazisindəki çöllərdə də olublar. Onların bahalı CİP-ləri burada bir neçə dəfə batıb. Köməklərinə yerli sakinlər gəlib.
Xatırladaq ki, Qətərin keçmiş əmiri və indiki əmirin atası Şeyx Hamad bin Xəlifə əl-Tani özü də 4 il əvvəl Azərbaycana ova gələrək Hacıqabul rayonundakı Qarasu adlanan çöllükdə bir neçə gün çadırlarda gecələmişdi.
Xəbəri paylaş
9678 dəfə oxunub.
Digər xəbərlər

13-07-2018, 13:37
Qatilin üstünə silahsız gedən polisimizin - Son sözü
6-04-2023, 11:28
Dəhşətli qəzada ölənlər musiqiçinin ailə üzvləri imiş - FOTOLAR
13-08-2020, 13:57
“Baku Medical Plaza”da qadın həkim soyuldu - FOTO
28-11-2016, 11:33
Hadisə konsertində yarıçılpaq oxudu: - "Üşüməyəcəm" FOTOLAR
25-05-2016, 14:02
Nigar Camal Emin Ağalarovun anası ilə bir arada – FOTO
1-01-2016, 11:56
Azərbaycanlı müğənni "Range Rover"ini aşırdı
26-12-2023, 17:06
Ailəyə müdaxilə edən qayınata və qayınana necə cəzalandırılacaq?
31-10-2016, 15:19
Sumqayıtda iki aylıq uşağı qaçıran qadının istəyi reallaşmadı
22-08-2015, 15:07
Polis oğlanı öldürdü, insanlar ayağa qalxdı - FOTO
24-03-2017, 13:55
25 il evli qalan qadınlara pensiya veriləcək