Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qənirə Paşayeva AŞ PA-nı Ermənistana təzyiq etməyə çağırdı
Tarix: 25-06-2015 | Saat: 22:26
Bölmə:M / Karusel / Siyasət / M2 / Fotogalereya | çapa göndər

Qənirə Paşayeva AŞ PA-nı Ermənistana təzyiq etməyə çağırdı
"...girov saxladıqları azərbaycanlı məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etmirlər"
Azərbaycanın millət vəkili Qənirə Paşayeva AŞ PA-da azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün təşkilatı Ermənistana təzyiq etməyə çağırıb. "İkili standartlara son qoyun" deyən millət vəkili AŞ PA-nı Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərə qarşı etiraz səsini ucaltmağa çağırıb.

ANS PRESS-in məlumatına görə, bu gün AŞ PA-da "Azad müzakirələr" zamanı Q.Paşayeva çıxış edərək AŞ PA-ya azərbaycanlı girovların ailələrinin çağırışını səsləndirib. O deyib: "Biz ötən sessiyada da bu məsələni qaldırmışdıq, baş katib cənab Yaqland da Assambleyada suallarımıza cavab verən zaman bu məsələnin həlli istiqamətində çalışdığını vurğulamışdı, amma bu günə qədər Ermənistan girov saxladıqları azərbaycanlı məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etmirlər. Bu günə qədər də bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurası tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız".

Millət vəkili AŞ PA-da Ermənistan silahlı qüvvələrinin ön cəbhə bölgələrində mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞ PA-ya səslənərək "İkili standartlara son qoyun və qurumun prinsiplərini pozan Erministana bu cinayətlərə son qoyması üçün təzyiq göstərin" deyə çağırış edib: “Mən Azərbaycanın Ermənistanla sərhəd bölgələrindən biri olan Tovuz rayonundan millət vəkili seçilmişəm. Ermənistan silahlı qüvvələri sivil insanlara qarşı törətdiyi cinayətlərə görə beynəlxalq təzyiqlərin olmadığını görərək bu əməlləri davam etdirir. Mənim seçim bölgəmdə Ermənistan SQ silahlardan atəş açaraq Əlibəyli kənd sakini Nəbiyevlər ailəsinin evini tamamilə yandırıblar. Sivil insanların hədəfə alınmasına qarşı Assambleyamız etiraz səsini ucaltmalıdır. Assambleyamız öz evinə dönə bilməyən 100 minlərlə azərbaycanlı məcburi köçkünün 20 ildən artıqdır ki, Ermənistan tərəfindən pozulan hüquqlarına laqeyd yanaşmamalıdır. Bu məsələlərə ciddi önəm verməlidir. Avropa Şurası Parlament Assambleyası hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq, insanların evlərindən qovulması, evlərinə dönməsinə imkan verilməməsinə qarşı sərt mövqe ortaya qoymalı, o insanların pozulan haqlarını müdafiə üçün bütün təsir və təzyiq mexanizmlərinə əl atmalıdır”.


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___